Əsas Səhifə > Sosial, Manşet > “Azəravtoyol” Xaçmazda narazılıq yaradır...
“Azəravtoyol” Xaçmazda narazılıq yaradır...19-04-2017, 09:22 |
“Azəravtoyol” ASC əməkdaşlarının Xaçmazda obyektlərdən pul yığması haqda iddialar var Rayondan verilən xəbərə görə, Xaçmazda yol kənarından 35 metr aralıda olmayan obyektlərdən qeyri-rəsmi haqq tələb olunur. Buna səbəb kimi qanunvericiliyə uyğun olmadığı göstərilir və obyektin söküləcəyi xəbərdarlıq edilir. Obyekt sahiblərinin nəzərinə çatdırılır ki, dükan yoldan 35 metr aralıda yerləşməlidir. Odur ki, bu məsələ rüşvət yığımına geniş vüsət açıb. Hazırda hər bir obyekt sahibindən 3-4 min manat tələb edildiyi deyilir. Bu məbləği verən sahibkarın obyekti yerində saxlanır. Rayondan verilən xəbərə görə, Xaçmazda yüzlərlə belə obyekt təhdidlə üzləşib. ASC əməkdaşları iş adamlarını çarmıxa çəkir. Prezident Yevlaxda sahibkarlığın inkişafı barədə müşavirə keçirir, problemlərin həllinə göstəriş verir, bu sahədə problem yaratmış MTN bandası ifşa olunur, vergi müfəttişləri barədə ölçü götürülür. Ancaq Saleh Məmmədovun rəhbəri olduğu qurum Xaçmazda sahibkarlara divan tutur. Onlar bildirirlər ki, əgər qanunla 35 metr məhdudiyyəti keçən obyekt sökülməlidirsə, niyə 3-4 min manat rüşvət alandan sonra tikiliyə dəyilmir. Bundan başqa, “Azəravtoyol” ASC-nin yerli idarəsinin fəaliyyəti nəticəsində Xaçmaz-Xudat yolları bərbad vəziyyətdədir. Bu yoldan istifadə edən sürücülərə cana doyub. Rubrika.Az Geri qayıt |