Əsas Səhifə > Sosial, Manşet > Lənkəranlı məmur barəsində ilginc iddialar...

Lənkəranlı məmur barəsində ilginc iddialar...


2-05-2017, 09:32
Lənkəranlı məmur barəsində ilginc iddialar...
Lənkəranda icra başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva sələmə pul verir.

Xatırladaq ki, ötən yazılarımızda R. Əliyeva ətrafında baş verən hadisələrə toxunmuşduq. Mənbəmizin məlumatına inansaq, şöbə müdiri rayonda baxça müdirlərindən pul toplayır. Heç bir səbəb olmadan pul yığımı əsl bazarı xatırladır. Etiraf edək ki, R. Əliyeva bilərəkdən və ya bilməyərəkdən rayonda elə bir atmosfer yaradıb ki, Lənkəran RİN başçısı Taleh Qaraşov sanki mat vəziyyətdədir. Sual yarana bilər. Cənab icra başçısı məgər o qədərmi ixtiyarı əlindən verib?(reportiyor)Əgər, həqiqətəndə T. Qaraşov şöbə müdirinin qarşısında acizdirsə, deməli “torbada” pişik var. Redaksiyamızla əlaqə saxlayan və adını hallanmağı istəməyən şikayətçi bildirir ki, R. Əliyeva rayonda bütün baxça müdirlərini “yükləyir”. Amma R. Əliyevanın bir “xeyirxahxlığı” ondan ibarətdir ki, pulu olmayan müdirə aşağı faizlə sələm verir. Ümumiyyətlə tələb olunan məbləği ödəməkdən boyun qaçıran müdirələrin gələcək talehi sual altına düşür. Lakin şikayətçilər icra hakimiyyətinə üz tutsalarda heç bir faydası olmur. Çünki, T. Qaraşovla birgə qəbul edən R. Əliyeva sanki başçı “rolunu” oynayır. Bir sözlə, Lənkəranda rüşvət verməyən müəssisə rəhbəri R. Əliyeva tərəfindən birdəfəlik “deportasiya” edilir. Yəni, bir daha dövlət müəssisəsində çalışa bilməz. Atalar demişkən “Rüşvət cəhənnəmin açarıdır”. Əfsüslər olsun ki, Lənkəran RİH başçısı Taleh Qaraşov həvalə olunan vəzifəni icra edə bilmir. Mənbəmiz daha sonra əlavə edir ki, R. Əliyeva təyin olunan günə qədər bu cür neqativ hallar yaşanmamışdır. İndi də müavini Günəş adlı bir xanım, hərəkətə keçib. Araşdırmalar davam edir..
Rubrika.az

Geri qayıt