Əsas Səhifə > Sosial, Manşet > Şamaxıda məmur özbaşınalığı...

Şamaxıda məmur özbaşınalığı...


4-05-2017, 08:56
Şamaxıda məmur özbaşınalığı...
Şamaxı Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev öz şəxsi əlaqələrindən istifadə etməklə nazirliyin “qaynar xətti”nə zəng vuraraq qəbula yazılan vətəndaşların adlarını müəyyən etdikdən sonra onların Mikayıl Cabbarovla görüşdən imtina etməsi üçün məktəb direktorlarını minnətçi salıb.

Bir neçə gün sonra, yəni mayın 8-də Təhsil naziri Mikayıl Cabbarovun Şamaxıda ətraf rayonların sakinləri də daxil olmaqla, vətəndaşları qəbul edəcəyi gözlənilir. Şamaxıdakı mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilir ki, ötən müddətdə bu rayonun təhsil sistemində baş verən biabırçı hadisələrin vasitəçi olmadan, filtirizasiya edilmədən nazirə çatrılması olduqca ciddi fəsadlara səbəb ola bilər. Belə ki, ötən il kənd məktəblərindən birində müəllimin öz qız şagirdinə qarşı cinayət xarakterli törətdiyi əməl, rayona təyinat almış alı təhsil müəssisələrinin məzunlarının kənd məktəb direktorları tərəfindən dayanıqlı qalma projelərinin olmaması, rayonun pedoqoji kollektivinin əsasının orta ixtisas təhsilli müəllimlərdən ibarət olması və s. yuxarıda cəm şəkilində qeyd edilənlərin yalnız bir qismidir.

Mənbənin bildirdiyinə görə məsələyə məhz bu konteksdən yanaşan Şamaxı Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev öz şəxsi əlaqələrindən istifadə etməklə nazirliyin “qaynar xətti”nə zəng vuraraq qəbula yazılan vətəndaşların adlarını müəyyən etdikdən sonra onların Mikayıl Cabbarovla görüşdən imtina etməsi üçün məktəb direktorlarını minnətçi salıb. Məlumatı verən mənbə onu da əlavə etdi ki, son iki gündə artıq “qaynar xəttə” zəng edib qəbula yazılmaq belə müşkülə çevrilib.

Mövzuya qayıdacağıq.

Geri qayıt