Əsas Səhifə > Sosial, Manşet > Bu kənd bütün rayonu yönəldir...
Bu kənd bütün rayonu yönəldir...5-05-2017, 09:53 |
DİA.AZ: - Redaksiyamıza Tovuzdan şikayət məktubu daxil olub. DİA.AZ-a yazan tovuzlular deyir ki, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov gəldiyi ilk gündən rayonda yerliçiliklə məşğuldur. Onlar bildirirlər ki, Tovuzun idarə-müəssisə rəhbərlərinin əksəriyyəti Qovlar qəsəbəsindəndir. Zeynalovların yaxın qohumlarıdır. Camaat şübhə ilə deyir ki, yəqin korrupsiya, dövlət vəsaitinin mənimsənməsi və sair qara əməlləri kənara çıxmasın deyə T.Zeynalov öz ətrafına yerlilərini və qohumlarını yığıb. Hazırda tovuzlular öz icra başçılarından dad edirlər. Onlar deyirlər ki, bəlkə icra başçısı kənardan, başqa bölgədən olsaydı onlara bu qədər zülm etməzdi. Tovuz camaatı ölkə prezidenti İlham Əliyevə dia-az.life vasitəsilə müraciət edib. Onlar ölkə başçısından xahiş edirlər ki, Tovuz kimi böyük, əhalisi çox olan, ən əsası, Ermənistanla sərhəddə yerləşən bir rayona işgüzar, xalqa can yandıran bir kadr göndərsin. Tovuzlular bildirirlər ki, Tofiq Zeynalov kimi icra başçısı ilə bu qədər müddət yol gediblər, daha dözümləri qalmayıb. Narazı sakinlər dia-az.life-a yazır: “Tofiq Zeynalov bu məsuliyyətli işin öhdəsindən çox pis gəlir”. Qeyd edək ki, Tofiq Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qardaşıdır. dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |