Əsas Səhifə > Sosial, Manşet > Ət mafiyası canımızı necə yaxır...

Ət mafiyası canımızı necə yaxır...


14-06-2017, 09:55
Ət mafiyası canımızı necə yaxır...
Konservləşdirilmiş məhsulların insan həyatı üçün əsl təhlükə mənbəyi olduğu hər kəsə məlumdur.Amma bu məhsullardan Azərbaycanda geniş istifadə olunur.Bazardan konservləşdirilmiş ət, xiyar, pomidor, balıq və digər məhsulları alıb aparan şəxs bilməlidir ki, evinə real təhlükə aparır.Çünki həmin məhsullar bağlanılarkən istifadə olunan ət, balıq, tərəvəz və digər məhsullar, eyni zamanda qab sterilizə olunmur.Bundan əlavə konservləşdirilmiş ət qablaşdırılmasında leş və xəstə ətlərdən istifadə olunduğu iddia edilir.Həmin konserv məhsulunu qəbul edənlər ölümlə nəticələnən zəhərlənməyə məruz qala bilərlər.

Bu günlərdə “Azərsun Holdinq”in Xaçmazdakı konserv zavoduna 500 kiloqram mənşəyi məlum olmayan ətin aparıldığı iddia olunub. Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.

İlkin araşdırma zamanı Məmmədyarov Eynulla Balaşərif oğlu heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan "Qafqaz” konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti “Azərsun Holdinq”in Xaçmazdakı konserv zavoduna aparıldığı iddia olunan 500 kiloqram mənşəyi məlum olmayan ətlə bağlı xəbərə reaksiya verərkən belə deyib.

“Ətlərin “Azərsun”un konserv zavoduna aparıldığı barədə fikirlər mal sahibinə aiddir.Bizim belə bir açıqlamamız olmayıb.Bununla bağlı da araşdırma aparılır.Bəzi hallarda “Ətin mənşəyi məlum deyil” yazıldıqda, onun sağlam olmaması kimi başa düşülür.Amma mənşəyi məlum olmayan hər əti yararsız adlandırmaq olmaz.Bu, laboratoriya müayinələrindən sonra məlum olur.Hər mənşəyi bəlli olmayan ət leş deyil.Sənədsiz gəlibsə, biz onu yoxlamalıyıq.Bizim məlumatımızda leş söhbəti yoxdur.Bunu özlərindən yazırlar". Yolçu Xanvəli sosial şəbəkələrdə “Azərsun”nun “Qafqaz” konserv zavodu ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: “Düzgün yazmırlar. Mənasız hay-küydür.Saxlanılan şəxs deyə bilər ki, əti Amerikaya aparıram.Bu o demək deyil ki, belədir.Saxlanılan şəxs çox söz deyə bilər.Əsas rəsmi məlumatdır”.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin verdiyi bu açıqlamada maraqlı məqamlar özünü göstərib.Qurum rəsmisi “Qafqaz” konserv zavoduna leş əti aparan şəxsin dediklərinin həqiqətəuyğun olmadığını iddia edərək, izi Amerikaya azdırır.Əslində isə şəxs həqiqətləri deyir.Demək ki, təkcə göstərilən ünvan deyil, eləcə də digər şirkətlərə leş, xəstə ətlərin aparılması istisna olunmur.

Ümumiyyətlə, konservləşdirilmiş məhsulların keyfiyyəti hansı səviyyədədir?

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə dəfələrlə birliyə konservləşdirilmiş məhsulların keyfiyyəti ilə bağlı şikayətlərin daxil olduğunu bildirib:

“Bu məhsulların ən ciddi problemli onların saxlanma şəraitinin düzgün təmin olunmaması, buraxılma tarixinin son yararlanma müddətinin olmaması, xüsusilə də konservləşdirilmiş məhsulun tərkibi barədə düzgün informasiyanın olmamasıdır. Əhali bilməlidir ki, dəmir qablarda konservləşdirilmiş məhsulun üzərində qabın asılılığına görə ilk növbədə buraxılma tarixi sonra isə yararlıq müddəti yazılmalıdır.Konservləşdirilmiş malların qabları əgər çürüyübsə, belə məhsulları almaq olmaz.Ümumiyyətlə, konservləşdirilmiş mallar arzuolunmaz məhsullar sayılır.Çünki onlarda müəyyən kimyəvi maddələr var. Əsasən yerli konservləşdirilmiş mallara üstünlük verilməlidir.

Xaricdən gətirilən konservləşdirilmiş mallar isə heç arzuolunan mallar deyil.Konservləşdirilmiş malların üzərində QOST, yəni standart, eləcə də texniki şərt olur.Yaxşı olar ki, QOST olan mallara üstünlük verilsin.Çünki texniki şərtlər müəssisənin özü tərəfindən yaradılır.20 ildir ki, mən istehlakçıların hüquqlarını qoruyuram.Amma dövlət orqanları bir dəfə də olsun konservləşdirilmiş mallardan zəhərlənmələri qeydə almayıblar.Çünki bütün konservləşdirilmiş mallara dövlət orqanları və Səhiyyə Nazirliyi geniş sertifikat verir ki, hər şey yaxşıdır.Konservləşdirilmiş mallardan zəhərlənmələr tibb müəssisələrində gizlədilir”.

Ekspertin sözlərinə görə, biznes etikasına əməl etməyən, bütün əxlaqi keyfiyətlərini itirmiş insanlar tərəfindən nəinki konservləşdirmədə, hətta uşaq bağçalarında da leş ətindən istifadə oluna bilər:

“Bizim bir neçə dəfə apardığımız araşdırmalardan da məlum olub ki, uşaq bağçalarında, körpələr evində malların keyfiyyətinə nəzarət olunmur. Kim hardan gəldi əti alır.Ona görə də təhlükəli ətlərin körpələr evinə, uşaq bağçalarına verilməsi istisna olunmur.Bir halda ki, yoxlama yoxdu, demək ki, bütün konservləşdirmələrdə leş ətindən istifadə istisna olunmur”.

Geri qayıt