Əsas Səhifə > Sosial, Manşet > Başçı və nazir müavini şərikli biznesə ASC-ni qurban verdi
Başçı və nazir müavini şərikli biznesə ASC-ni qurban verdi23-06-2017, 09:31 |
"Göyçay-Avtonəqliyyat” ASC nəqliyyat xidməti fəaliyyətini dayandırıb Bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov Feysbukda məlumat verib. Onun sözlərinə görə cəmiyyətin rəhbəri Arif Əliyev deyib ki, 16 iyun 2017-ci il tarixdən onlara heç bir rəsmi məlumat verilmədən qanunvericiliyə uyğun fəaliyyət göstərən 112 nəfər səhmdarı və 30 nəfər işçisi olan "Göyçay-Avtonəqliyyat” ASC qapadılıb. Onun dediyinə görə, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin şəxsi maraqları və prinsiplərindən irəli gələn qanunsuz müdaxilələr göstərilməsi səbəbindən nəqliyyat xidmətinin fəaliyyəti dayandırıldı. 1950-ci illərdə fəaliyyətə başlayan” Avtonəqliyyat” müəssisəinin, 1999-cu il tarixdən hüquqi varisi olan, səhmdar cəmiyyətə çevrilərək "Göyçay-Avtonəqliyyat” ASC kimi nəqliyyat xidməti göstərmiş olan təşkilat artıq rayon əhalisinə xidmət göstərə bilməyəcək. Dövlət Nəqliyyat Xidməti Departamentinin Göyçay Regional Şöbəsinin müdiri Seyfəl Hacıyev yuxarı səviyyədə təzyiq qarşısında qalaraq ciddi qanunsuzluğa yol verib. Hətta onun əməlinə vəzifədən sui-istifadə etmə və s. cinayət də demək olar. O, eyni marşrut xəttləri üzrə “Göyçay-Avtoəqliyyat” ASC ilə yanaşı başqa bir şirkətə də fərqlənmə nişanı verib. "Göyçay-Avtonəqliyyat" ASC-yə də bildirib ki, "mənim əlacım yoxdur, məcbur etdilər". ən Göyçayın nəqliyyat xidməti sahəsində qarışıq durum yaranıb. Ziya Məmmədova yaxın olan, hazırda Dövlət Nəqliyyat Departamentinin rəisi olan Musa Pənahovun tapşırığı əsasında Bakı şəhərindən Göyçay rayonuna departamentə məxsus bir neçə xidməti avtomobillə “reket” dəstəsi göndərilib. Həmin dəstə ilə sürücülərə qanunsuz olaraq təzyiq və təhdid göstərək onların marşrut xətti üzrə hərəkətlərinə mane olurlar. Onlara ciddi tapşırıq veriblər ki, tabeçilik göstərməyən sürücülər barəsində hər-hansı bəhanə ilə cərimələr tətbiq edilsin. Yuxarı dairələlərdən, aidiyyatı qurumlardan heç kim maraqlanıb soruşmur ki, “bu cür qanunsuz işlərə onları kim vadar edir, məqsədləri nədir. Qeyd olunan qanunsuzluqların başında duran şəxslərdən biri olan Musa Pənahov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini kimi fəaliyyətini davam etdirir. Göyçayda baş verən xoşa gəlməz hadisələrin əsas səbəbi kimi Göyçay RİH-nin başçısı Mehdi Səlimzadəyə yaxın olan icra hakimiyyətinin hüquqşünası Camal Paşayevin və onun şəriyi Sənan Şirəliyevin yuxarı orqanlara müraciət edərək qismən razılıq əldə etmələridir. Onların məqsədi 18 il rayonda xidmət göstərmiş “Göyçay-Avtonəqliyyat” ASC-nin fəaliyyətinin iflic edilməsi və rayona gətirdikləri bir neçə avtobusun qanunsuz olsa da marşrut xətlərinə buraxılmasına nail olmaqdır. Qeyd olunan şəxslər nə Qanun tanıyır, nə də ki, sərhəd... www.xalqxeber.az Geri qayıt |