Əsas Səhifə > Sosial, Manşet > 3-cü qrup əlillərin təqaüdü niyə yubanır?

3-cü qrup əlillərin təqaüdü niyə yubanır?


18-07-2017, 10:36
3-cü qrup əlillərin təqaüdü niyə yubanır?
Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində baş verən hadisələrlə bağlı dəfələrlə audio – müsahibələr, səs yazısı təqdim etsək də, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi hələ də müşahidə mövqeyində qalmaqdadır. Ötən gün Conflict.az-a rayondakı mənbədən daxil olan məlumatda III qrup əlillyi olan vətəndaşların ikinci aydır ki, təqaüdlərini ala bilmədikləri qeyd olunur. Sağlamlığını itirmiş şəxslərin mövcud bazar qiymətləri şəraitində dövlət tərəfindən təyin olunan təqaüdlərini ala bilməmələri daha ciddi problemin yaranması anonsu deməkdir. Lakin İmişli DSMF-nin müdiri İntiqam Əliyev vəziyyətdən hələ ki, narazı kimi görünmür. Mənbənin verdiyi məlumata görə bir neçə gün öncə Conflict.az-ın “Səlim Müslümov İmişli DSMF-yə komissiya göndərir” başlıqlı yazının dərcindən sonra şöbə müdiri “həmişə necə gəlib gediblərsə, indi də elə gəlib gedəcəklər” – söyləyib. İmişli DSMF-nin müdirinin istər rəhbərlik etdiyi qurmuda baş verən olaylar zamanı, istərsə də digər məsələlərdə “mən rahatam” mesajı hərəkətləri İnitqam Əliyevin kim və ya kimlər tərəfindənsə ciddi qorunduğu ehtimalını yaradır.

Əvvəla ona görə ki, bu şəxslə bağlı nazirliyə və digər qurumlara ünvanlanan etiraz məktubları, teleqramlarla bağlı bu günə kimi bir nəfər belə sorğulanmayıb. Hətta şikayətçilər sanki müraciətlərin ünvana çatmaması qənaətindədirlər. Yox əgər gəlinən qənaət yanlışdırsa, bəs onda nədən həmin şəxslərdən müvafiq qurumlar problemin nədəni ilə bağlı nə isə soruşmurlar? Axı dövlət qurumları üçün vətəndaşaların müraciətlərinə münasibətlə bağlı qanunda konkret zaman müəyyən edilib.

Məlumatı verən mənbə əlavə olaraq bildirdi ki, İnitqam Əliyevin rəhbərlik etdiyi İmişli rayon DSMF suyun qarşısını kəsən əjdaha obrazında da fəliyyət göstərir. Belə ki, rayonda fəaliyyət göstərən ayrı – ayrı nazirliklərin yerli şöbələrinə baş idarələri tərəfindən verilən dotasiyalar İmşli DSMF rəhbərinin razılğı alınmadan istifadə oluna bilmir. Ayrılan vəsaitlə bağlı dərhal sərəncam qoyan şöbə müdiri, qısa zamandan sonra öz sərəncamını elə özü də ləğv edir.
Bütün bunların nədənini yalnız ehtimal etmək olar. Çünki...
Lakin ölkə vətndaşı olaraq bizi düşündürən və daha çox da narahat edən stiuatsiya bir əlilin bəlkə də yeganə gəlir mənbəyi olan təqaüdünün artıq ikinci aydır ki, ala bilməməsidr. Nəzərə alsaq ki, ailə orta azərbaycanlı ailə statistkasına uyğun olaraq dörd nəfərdən ibarətdir, o halda... Məsələnin “o haldası” yuxarıda qeyd etdiyimiz faktda olduğu kimi yalnız ehtimaldır. Reallıq isə həmin əlil təqüdçünün evindəki sosial durumudur. “Bizim Cəbiş müəllim” filimində, yağışda islanaraq əlndə kiçk bağlama ilə evinə dönən xaımına, müəllimin “sən lap islanmısan ki, bəs pencəyin hanı?” – sualı və həmin suala verilən cavab düşdü:
- Pencəyimiz yoxdur, əvəzində isə çörəyimz, qəndimiz, yağımız var.
Əvvəla indi ölkə müharibə vəziyyətində olsa da, mövcud iqtisadi durumun həmin illərlə müqayisəsi belə doğru deyil. Lakin yeganə gəlir mənbəyini aylarla əldə edə bilməyən vətəndaş o halda nə etməlidir? Zatən çağdaş dünyamızda onun pencəyinə kimsənin ehtiyacı yoxdur. Yox əgər şansı gətirib nimdaş pencəyini satsa belə müəllim xanımının illər öncə bir geyilmiş pencəyə əldə etdiyinin bəlkə də yalnız birini - ən ucuzunu ala bilər. Bəs..?
Bəs övladlarına qidalanmaq üçün nə versin həmin əlilin xanımı? Hər iki halda itirən əlil və onun ailəsi olur. Artıq onların nə pencəyi olur nə çörəklər, nə qəndləri, nə də ki, yağları. Əvəzində isə İmişl DSMF-nin müdiri İnitiqam Əliyevin sonu 097 ilə bitən iki – göy rəngli Niva-sı, qara rəngli Hyundai-si, möhtəşəmliyi ilə seçilən mülkü və...

Araşdırmamız davam edir. Bizi izləyin.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dinləməyə hazırıq.

Geri qayıt