Əsas Səhifə > Sosial, Manşet > Bu da Rəcəb Babaşovun vergi sistemindən əxz etdiyi idarəetmə metodu
Bu da Rəcəb Babaşovun vergi sistemindən əxz etdiyi idarəetmə metodu29-08-2017, 09:24 |
Qazax rayonundan redaksiyamıza daxil olan şikayət məktublarının ardı-arası kəsilmir. Bu məktubların "baş qəhramanı" isə bi qayda olaraq, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. Qazax sakinləri bildirir ki, Rayon İcra Hakimiyətinin başçısı Rəcəb Babaşovun "orijinal" rüşvətxorluğu rayon ictimaiyyətinin gülüş obyektinə çevrilib: "Belə ki ,guya rüşvət almayan Rəcəb Babaşov işsizləri işə götürərkən və ya iş yerlərində vəzifəyə irəli çəkərkən rüşvətxorluğun gizli üsulunu kəşf edib. İcra başçısı işsizləri əvvəlcə Məşğulluq İdarəsinə göndərir. Orada isə onlar rüşvətlə işə götürülür. Qazaxda müəssisə rəhbərləri və baş mütəxəssislər belə Məşğulluq İdarəsinin "təqdimatı" ilə işə götürülürlər. Maraqlı bir sual ortaya çıxır: Məşğulluq İdarəsində qeydiyyatdan keçmiş vətəndaşlar hansı bacarıqlarına görə müdir vəzifələrinə təyin olunurlar? Kor-kor, gör-gör, onlar hamısı vəzifəyə rüşvətlə təyin ediliblər". Qazax sakinləri bildirir ki, işlədiyi müəssisələrdə vəzifəyə irəli çəkilən adamlardan rüşvet alan müdirləri də guya rüşvəti Babaşovdan gizli aldıqları haqqında işçilər arasında və rayonda şayiə yayırlar. Qazax sakinlərinin bildirdiyinə görə, icra başçısı Rəcəb Babaşovun ən böyük maxinasiyalarından biri də əsaslı tikinti sahəsindəki maxinasiyalardır: "Belə ki, yaşayış və qeyri-yaşayış binalarının üzünü keyfiyyətsiz boyalarla cızma-qara edərək, guya əsaslı təmir işləri apardıqlarını bəyan edirlər. Bununla da rayonun büdcəsindən xeyli maliyyə vəsaiti mənimsənilir. Hətta qeyri-yaşayış binalarının içində də kosmetik dəyişikliklər dir və bunu əsaslı təmir işi kimi təqdim edirlər. Bununla da "yenidən təmir" adı altında böyük saxtakarlıqlara imza atırlar". Qazax sakinləri bildirir ki, adının çəkilməsini istəməyən bir neçə müəssisə rəhbərləri icra başçısının bu saxtakarlığı onlara yüklədiyini etiraf ediblər: "Hətta kosmetik təmir işlərinə onlardan gerçək əsaslı təmirin xərci miqdarında xərc çəkildiyi barədə sənədlər tərtib etmək tələb olunur. Adının çəkilməsini istəməyən digər bir vəzifəli şəxs isə Rəcəb Babaşovun yerli məmuralara "hamınız aldığınız rüşvətin hamısını yığın mənə verin" tapşırığı verdiyini açıqlayıb". "Gündəm Xəbər"ə daxil olan məlumata görə, müstəqil araşdırmalarla məşğul olan həmkarlarımız hazırda Qazaxda bir neçə daha ciddi korrupsiya faktları haqqında araşdırmalar aparırlar. Bu araşdırmalar başa çatdıqdan sonra onların nəticələri açıqlanacaq. Yerli sakinlərin redaksiyamıza bildirdiyinə görə, Qazaxda başqa sahələrdə olduğu kimi humanitar sahələrdə də korrupsiya, rüşvətxorluq və digər neqativ hallar baş alıb gedir: "Qazax Rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Gülayə Novruzova bu sahəyə rəhbərlik edəndən rayonda korrupsiya daha da çiçəklənib. Belə ki, məktəblərdə, və uşaq bağçalarında rüşvətxorluq açıq bazar şəklini alıb. Haqsızlıqla üzləşən işçilər şikayet etməyə yer tapmırlar. Məhkəmələrə inamları olmayan təhsil işçiləri dərdlərini demək üçün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qəbuluna yazılırlar. Əsıl məzhəkə də elə bundan sonra başlayır". Sakinlər bildirilər ki, adlarını icra başçısının qəbuluna yazdıran şəxslərin adı, soyadı və iş yeri barədə məlumatlar dərhal Gülayə Novruzovanın masasına ötürülür: "Gülayə Novruzova da məktəb direktorlarına və bağça müdirlərinə şikayətçilərin adlarını göndərir və onların neytrallaşdırılmasını tələb edir. Şikayətçilər şikayet etdiklərinə peşman edilirlər. Hətta rayonda gəzən söz-söhbətlərə görə Gülayə Novruzova Rəcəb Babaşovun ən etibarlı kadrlarından biridir. Gülayə Novruzova bu etibardan istifadə edərək şikayətçiləri hetta ləkələyərək, onların işdın çıxarılmalarına da nail olur. Əvvəllər ümumtəhsil müəssisələrində xadimələr və fəhlələr aşağı məbləğdə rüşvətlə işə götürülürdülərsə Gülayə Novruzova bu sahəyə cavabdeh şəxs təyin ediləndən sonra xadimə və ya fəhlə kimi işə götürülənlər 1500 manat məbləğində rüşvət verməli olurlar. Ziyalılar yurdu olan Qazaxda adamlar təhsildən və mədəni maarif sistemindən bələcə diksindirilir". GundemXeber.az Geri qayıt |