Əsas Səhifə > Sosial, Manşet > Məmməd Məmmədov şəhidin qan pulunu niyə vermir?

Məmməd Məmmədov şəhidin qan pulunu niyə vermir?


5-09-2017, 09:12
Məmməd Məmmədov şəhidin qan pulunu niyə vermir?
Oğlum 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Amma indiyə qədər 11 min manat məbləğində olan sığorta pulunu ala bilmirəm. Bu sözlər Tovuz rayonunun Əlibəyli kəndində yaşayan şəhid anası Navat Rzayevanın prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya ünvaladığı müraciətdə əks olunub. Şəhid anası müraciətin bir surətini də KİV-ə, yollayıb. Navat Rzayeva bildirir ki, dəfələrlə Dövlət Sığorta Kommersiya Şirkətinə ("Azərsığorta”) müraciət etsə də nəticəsi olmayıb. "Nəhayət məhkəmədə iddia qaldırdım. İşə Binəqədi rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baxıldı. Prosesdə mən məhkəməyə təqdim etdiyim sənədlər hərtərəfli araşdırıldı və iddiam təmin edildim. Məhkəmənin qərarını alan kimi surətini çıxarıb Dövlət Sığorta Kommersiya Şitkətinə göndərdim. Lakin hələ də bir cavab yoxdur. Dövlət şəhid olanlara sığorta pulu ayırır, amma Dövlət Sığorta Kommersiya Şirkəti bu vəsaiti şəhid ailələrinə vermək istəmir. Şəhidin puluna göz dikməkmi olar?

Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbrəliyi məhkəmənin qərarını saymır. Qanunlara açıq şəkildə hörmətsilik edirlər ”.

Şəhid anası prezident və vitse-prezidentdən xahiş edir ki, məsələyə müdaxilə etsinlər: "Mən sizə bir ağbirçək kimi, şəhid anası kimi müraciət edirəm. Mənim həmin məbləğə ehtiyacım var. Xahiş edirəm Dövlət Sığorta Kommersiya Şirkətinin bu qanunsuzluğuna diqqət edəsiniz. Həmin vəsaitin mənə verilməsinə yardım edəsiniz”.

Məlumat üçün deyək ki, Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovdur. Məmməd Məmmədov Azərbaycanda "Sığorta Mamed” kimi tanınır. Bir müddət əvvəl onun oğlu Elmar Məmmədov Azərbaycan Beynəlxalq Bankının rəhbrəi vəzifəsindən üzaqlaşdırılıb. Mediada yazılanlara görə, maliyyə naziri Samir Şərifova yaxınlığı ilə seçilən Elmar Məmmədovun vəzifədən çıxarılması "qara bazar”a dollar ötürməsilə bağlı olub.
\\veteninfo.az\\
Geri qayıt