Əsas Səhifə > Sosial, Manşet > Neftçalada sakinlərə əlavə borc yazılır
Neftçalada sakinlərə əlavə borc yazılır12-09-2017, 09:56 |
Neftçala rayonundan Realliq.info–ya daxil olan məlumata görə, rayonun mərkəzi, kənd və qəsəbələri dünən elektrik enerjisiz qalıb. Rayon sakinlərinin bildirdiyinə görə Vurğun Şirəliyev Neftçala elektrik şəbəkəsinə rəis təyin olunandan sonra rayonda elektrik enerjisi zamanı fasilələr artıb. Bundan başqa şəbəkə rəisi bir çox evlərə yalançı borclar yazmaqla əhali arasında narazılıqları artırıb. Əhalinin bildirdiyinə görə, sayğacların yerinin dəyişdirilməsi adı ilə qanunsuzluq edilir, belə ki, şəbəkənin işçiləri borcu olmayan abonentlərin sayğaclarının yerini dəyişməklə onlara 200-500 manat aralığında borclar yazırlar. Hazırda rayonda elektrik enerjisinin verilməsi bərpa olunmayıb. Neftcala elektrik şəbəkəsindən Realliq.info-nun sorğularını cavablandırmayıblar. Redaksiyadan olan zənglərə “Biz heç bir məlumat verə bilmərik” deyə cavab verilib. Xatırladaq ki , Neftçala elektrik şəbəkəsinin rəisi Vurgun Şirəliyev SOCAR “Kompleks Qazma İşləri Trestinin” rəisi İsgəndər Şirəliyevin qardaşıdır. Mövzunu diqqətdə saxlayacağıq. Geri qayıt |