Əsas Səhifə > Sosial, Manşet > Şamaxıda müdhiş oğurluq...
Şamaxıda müdhiş oğurluq...18-09-2017, 09:47 |
Şamaxı rayonundakı mənbədən Conflict.az-a olduqca maraqlı məlumat daxil olub. Belə ki, mənbənin verdiyi məlumata görə “Azərişıq” ASC-nin Şamaxı Elektrik Şəbəkəsində nəzarətçi vəzifəsində işləyən Tural Rəsulov “Ağsu aşırımı” deyilən ərazidə obyektlərdən birinə baxış keçirərkən tikiliyə gələn elektrik xətlərini kəsib özü ilə aparıb. Mənbənin verdiyi məlumata görə həmin vaxt obyektdə kimsə olmayıb. Lakin sonradan hələ ki, adını dəqiqləşdirə bilmədiyimiz obyektin sahibi Şamaxı rayon polis idarəsinə oğurluq faktı ilə bağlı ərzə ilə müraciət edib. Məlumatı verən mənbə bildirdi ki, rayon polisi Tural Rəsulovu, iş adamının ərizəsi əsasında saxlasa da, bir gün sonra azad edib. Məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” ASC-nin Şamaxı Elektrik Şəbəkəsinin satış şöbəsinin rəisi Yusif müəllimlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Şamaxı Elektrik Şəbəkəsinin rəisi Ceyhun Yəhyayevlə əlaqə saxlayan əməkdaşımızın hadisə ilə bağlı sualına öncə, “belə bir hadisədən xəbərim yoxdur” – cavabını verən şəbəkə rəisi, sonradan ümumiyyətlə Tural Rəsulov adlı işçilərinin olmadığını söylədi. Mövzuya qayıdacağıq. Redaksiyadan: Məlumatda adı çəklən qurum və ya şəxslərin də cavab haqlarını tanıyırıq və dərc etməyə hazırıq. Geri qayıt |