Əsas Səhifə > Sosial, Manşet > Müəllim direktor və nazirlikdən şikayətçidir

Müəllim direktor və nazirlikdən şikayətçidir


29-09-2017, 09:51
Müəllim direktor və nazirlikdən şikayətçidir
Tovuz rayon, Qovlar şəhər internat məktəbinin direktoru Eldar Səlimovla bağlı redaksiyamıza növbəti şikayət daxil olub.

İnternat məktəbin müəllimi Ramidə Hüseynova müəssisənin direktoru Eldar Səlimoğludan Cebhe.info-ya şikayətində problemi dəfələrlə vurğulsa da, məsələ həllini tapmır.

Təhsil Nazirliyinə ünvanlanan məktubdan sonra internat məktəbinə nümayəndə göndərilib. R.Hüseynovanın bundan öncəki məktubu məhz nazirliyin fəaliyyəti və digər məqamlarla bağlı olub. Redaksiyamıza bu gün daxil olan məktub isə Təhsil Nazirliyi tərəfindən heç bir tədbirin görülməməsi haqdadır:

“Ünvanladığım şikayətdən sonra nazirlikdən rəsmi məktub gəldi. Məktubda bildirilib ki, hazırda araşdırma aparılır, direktora təlimat verilir. Amma bu, alınmayacaq. Direktor öz işini normal görsəydi, biz şikayətçi olmazdıq. İndi ona hansı təlimat verilir ki? Birdəfəlik bu məktəbi Eldar müəllimə vermək lazımdır ki, sakitləşsin. Məktəbdə sinif otağı çatışmadığı halda Eldar müəllim 9 ildir ki, sinif otaqlarından birini yeməkxana kimi istifadə edir. 9 ildən sonra, yəni bu il məktəblilər forma ilə təmin edildi”.

Şikayətçi bildirir ki, E.Səlimoğlu tərəfindən müəllimlərə təzyiq olunur: “Direktor pedaqoji ve texniki işçilərin əksəriyyətini təzyiq altında saxlayır ki, mənimlə ünsiyyət yaratmasınlar. Ona bu hökmranlığı verən hansı qüvvədir? Təhsil Nazirliyi nəyə və kimə xidmət edir? Təhsilin möhkəmlənməsinə, yoxsa məktəbin direktoruna?”

Geri qayıt