Əsas Səhifə > Sosial, Manşet > Azərbaycanlı rektor Fətullah Gülənlə əlaqədə ittiham olundu

Azərbaycanlı rektor Fətullah Gülənlə əlaqədə ittiham olundu


30-09-2017, 11:20
Azərbaycanlı rektor Fətullah Gülənlə əlaqədə ittiham olundu
Redaksiyamıza Dövlət İqtisad Universiteti ilə bağlı olduqca maraqlı sənədlər və həmin sənədləri təhlil edən yazı-material təqdim edilib. Əlbəttə, son saylarımızda ADİU ilə bağlı dərc edilən yazılara ola bilsin kimlərsə qərəzli pirizmadan yanaşsın. Lakin indi təqdim edəcəyimiz materialdan görəcəksiniz ki, bu sənədlərin və ya materialların dərcində məqsəd istər ADİU müəllimlərini, istərsə də ictimaiyyəti ciddi narahat edən məsələləri aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırmaqdır. Biz həm də ötən dəfə olduğu kimi, indi də həmin materialları qarşı tərəfə, yəni rektor Ədalət Muradova əvvəlcədən göndərir, «İnformasiya əldə etmək haqqında» Azərb. Resb. Qanunun tələblərinə uyğun olaraq cavablandırılmasını istəyirik. Necə ki, ötən yazıları da «Təzadlar»ın rəsmi blankında hörmətli professor Ədalət Muradovun özünə göndərmişik. Lakin rektor nədənsə bunları indiyədək cavablandırmayıb, yaxud cavablandırmaq istəməyib… Odur ki, indi təqdim edilən materiallara və ya sənəd-sübutlara dair qarşı tərəfin mövqeyini öyrənmək istərdik.

Rektor Ədalət Muradovun baş redaktoru olduğu «Ekspert» jurnalının üz qabığındakı təsvir Gülənçilərin emblemidirmi?
Rektor Ədalət Muradovun baş redaktor olduğu jurnalın üz qabığında Gülənçilərin emblemi?
Redaksiyaya təqdim edilmiş materialdan hələlik qısa sitat: «Hörmətli «Təzadlar»! Sizə təqdim etdiyimiz sənədləri və onların izahlı şərhinə dair mülahizələrimizi dərc etməyinizi xahiş edirik. Bildiririk ki, Azərbaycan mətbuatı haqlı olaraq terrora və terroru dəstəkləyən qurumlara, icmalara, dəstələrə… qarşı əks mövqeyini sərgiləməkdədir. Fətullah Gülənin (FETO-çular) Türkiyədə törətdiyi son olay Azərbaycanın da milli-dövlətçilik maraqlarına ağır zərbə idi, dövlətimiz və onun başında duranların bu məsələlərdəki birmənalı mövqeyi alqışlanandır. Ulu Öndər Heydər Əliyev demiş, «Azərbaycan-Türkiyə, bir millət, iki dövlət!»dir. Odur ki, Sizin qəzetin son sayında Gülənçilərin Azərbaycandakı dayaqları, xüsusən də bu şübhələrin UNEC adlandırılan, əslində isə, dövlət sənədlərində Azərbaycan Dövlət İqtisad Universiteti olan ali təhsil ocağındakı cavabsızlığı diqqətdən kənarda qala bilməz. Ötən yaxın tarixdən də bəllidir ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) emblemində işıq lampası və ondan ətrafa yayılan şölə, işıq şüaları təsvir edilib.
Rektor Ədalət Muradovun baş redaktor olduğu jurnalın üz qabığında Gülənçilərin emblemi?
O da bəllidir ki, Fətullah Güləndən qidalanan Hizmət Hərəkatı və Gülənin özü baş nazir Rəcəp Tayyip Erdoğanın üç dəfə hakimiyyətə gəlmiş, İslama söykənən Ədalət və İnkişaf Partiyasının seçki nailiyyətində, digər fəaliyyətində aparıcı rol oynamışdır. Hətta Türkiyə mətbuatında bir vaxtlar belə bir iddia da var idi ki, partiyanın hazırkı embleminin simvollarının qəbul edilməsi ideyası da Fətullah Gülənə məxsusdur.
İndi diqqət edin, 2016-cı ilin 01 aprelində Dövlət İqtisad Universitetində rektor Ədalət Muradovun baş redaktorluğu ilə «Ekspert» jurnalı işıq üzü görür. Maraqlıdır ki, jurnalın üz qabığında iri planda işıq lampası təsvir edilir, lakin bu dəfə AKP-nin loqosunda olduğu kimi, ətrafa yayılan (paylanan) işıq şüaları deyil, insanlar (camaat) təsvir olunur (Foto təqdim edilir). Bu, rektorun baş redaktorluğu ilə nəşr olunan jurnalın ilk nömrəsi idi. Lakin sonradan nə baş verdisə, jurnalın həmin sayı dərhal yığışdırıldı və sonrakı saytlarında isə həmin loqo götürüldü.
Hörmətli «Təzadlar»! Çox istərdik ki, jurnalın həmin loqosunu Dövlət Təhlükəsizlik Xidmətinə, Prezident Administrasiyasına, Təhsil Nazirliyinə, həmçinin Türkiyənin Azərbaycandakı Səfirliyinə göndərin, qoy araşdırılsın və Gülənçilərin Azərbaycandakı daha bir şübhələrinə aydınlıq gətirilsin…».
-2016-2017-ci tədris ilində Dövlət İqtisad Universitetində 13 müəllim hansı səbəbdən işdən qovulub?
-Hər il başda rektor Ədalət Muradov və onun baş müşaviri Elşən Bağırzadə olmaqla, nə qədər müəllim Türkiyəyə neçə dəfə ezamiyyəyə gedir, bu səfərlər neçəyə başa gəlir?
-ADİU-da Differensal əmək haqqı sisteminə layiq görülmüş 100 nəfərlik siyahı niyə əsasən məhz Türkiyəyə daim səfərlər edən və Türkiyədə təhsil almış gənc müəllimlərə şamil edilir?
-Dövlət Təhlükəsizlik Xidməti niyə kurasiyasında olan sabiq prorektor Elçin Əliyevin işdən çıxarılmasının əsil səbəblərini araşdırmır?
-Hesablama Palatası niyə yüksək əmək haqqı alan Elçin Əliyevin, tədris hissə müdirinin müavini Nizami Musayevin, rektor Ədalət Muradovun müşaviri Məhəmməd Əliyevin, maliyyə fakültəsinin dekan müavini Reyhan xanımın, təzəlikcə elmlər doktoru olmuş Sərvər Hüseynovun və digərlərinin birdən-birə öz ərizələri ilə işdən çıxmasını araşdırmayıb?
-Görəsən hazırda ADİU-da araşdırmaya başlamış prokurorluq əməkdaşları bunun əsil səbəbini öyrənəcəklərmi?
-ADİU-nun propektoru Damət Bağırov demək olar ki, hər gün niyə Nizami rayonundakı «Astoriya» otel kompleksindəki «Sərin» restoranında «8 KM bazar»ın sahibi Rauf müəllim üçün ayrılmış məxsusi kabinetə gəlir və o, burada kimlərlə olur, orada nəyi, yaxud kimi müzakirə edir?
«Təzadlar»ın Araşdırma Qrupu

Azərbaycanlı rektor Fətullah Gülənlə əlaqədə ittiham olundu
Azərbaycanlı rektor Fətullah Gülənlə əlaqədə ittiham olundu
Azərbaycanlı rektor Fətullah Gülənlə əlaqədə ittiham olundu

Geri qayıt