Əsas Səhifə > Sosial, Manşet > "Heç müəllimlər də valideynləri xəbərdar etməyib..."
"Heç müəllimlər də valideynləri xəbərdar etməyib..."19-10-2017, 09:17 |
Bu dərmanı uşağın əlinə verməmişdən əvvəl valideynini xəbərdarlıq edərlər. Uşağı müayinə etmədən, həkimlə məsləhətləşmədən necə demək olar ki, �?al bu dərmanı, apar iç’". DİA.AZ bildirir ki, bunu övladı Ağdaşdakı 3 saylı orta məktəbdə təhsil alan Samirə Mehtiyeva deyir. Onun sözlərinə görə, məktəbin bütün şagirdlərinə qurda qarşı dərman verilib: "Uşaqların biri ikinci, biri üçüncü sinifdə oxuyur. Hərəsinə bir həb veriblər ki, �?aparın, səhər yuxudan oyananda acqarına içərsiz’. Uşağın biri götürüb özündəki dərmanı da verib bu birinə ki, �?mənim də yerimə ud’. Mənim də heç nədən xəbərim yox... Heç müəllimlər də valideynləri xəbərdar etməyib. Səhər təsadüfən xəbər tutmasaydım, kiçik uşaq əldən gedəcəkdi. Bəlkə heç bu uşaq gətirib bu dərmanı evdə valideyninə göstərməyə, özbaşına içə... Başa düşürsüz təhlükəni? Uşağın əlinə dərman verərlər? Özü də qurda qarşı dərmanlar təhlükəlidir. Bəlkə bu uşağın bu dərmana ciddi allergiyası var... Çağır valideyni, denən, �?al bu dərmanı, apar, həkimlə məsləhət elə, səhər ver uşağa’". Samirə xanım deyir, təkcə Ağdaş məktəblərində yox, Ucar məktəblərində də şagirdlərə eyni dərman preparatı paylanıb: "Orda yaşayan qohumumun övladlarına da təhsil aldıqları məktəbdə dərman verilib ki, səhər məktəbə gəlməmiş acqarına udsunlar. Uşaqlardan birinin mədəsində ciddi problem var və həkimlə məsləhətləşəndə bəlli olub ki, qurd əleyhinə olan bu ağır dərman uşağın mədəsini daha da məhv edə bilər". Geri qayıt |