Əsas Səhifə > Sosial, Manşet > "Baku Electronics"dən müştəriyə onlayn satışda kələk
"Baku Electronics"dən müştəriyə onlayn satışda kələk23-10-2017, 10:04 |
"Baku Electronics"in servis xidmətinin yararsız olduğunu dəfərlərlə eşitmişdim, hətta özüm də buna şahid olmuşdum. Amma bu dəfə onların müştəri məmnuniyyətsizliyinin bir daha şahidi oldum. Bunu AFN-ə adının çəkilməsini istəməyən Sumqayıt sakini deyib. Vətəndaşın sözlərinə görə, onlayn sifariş edib, amma xidmətdən məmnun qalmayıb: "Həftənin 3-cü günü sifarişi verdim, şənbə günü idi, amma hələ icra olunmamışdı. Həftənin 4-cü günü şəbəkənin 143 müştəri xidmətilə əlaqə saxlayıb sifarişi bir daha yenilədim. Bu gün (şənbə günü-red.) zəng edib sifarişin icrasını dəqiqləşdirmək istəyəndə sifarişi yenidən qəbul etdilər, yəni yeni sifariş kimi. Bundan başqa, məlum oldu ki, məhsul onlayn satışda birbaşa mağazadan alanda verilən qiymətə deyil, daha baha başa gəlir. Məhsulu faizsiz satırıq deyərək, komisyon haqq əlavə edir, bununla da "marketinq performansı" göstərirlər. Mənim özüm marketinq işindən az-çox məlumatlı adamam və buradan "Baku Elcetronics"in rəhbərliyinə səslənərək bildirirəm ki, çox böyük səhv edirlər. Bu marketinq və müştəri məmnuniyyətsizliyi olan şəbəkə yalnız və yalnız müştəri bazasını itirməkdə ola bilər. Bu, mağazanın korporativ imicinə də böyük zərbədir. "Baku Electronics"in marketinq siyasəti müştəri məmnuniyyətinə deyil, müştərini aldatmağa yönəlib". Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Geri qayıt |