Əsas Səhifə > Sosial, Manşet > Vəzifəsindən uzaqlaşdırılaraq, yenidən elmə qayıdan sabiq məmurlar

Vəzifəsindən uzaqlaşdırılaraq, yenidən elmə qayıdan sabiq məmurlar


18-11-2017, 11:03
Vəzifəsindən uzaqlaşdırılaraq, yenidən elmə qayıdan sabiq məmurlar
Elm elə bir nəhəng kainatdır ki, daxil oldunsa, heç zaman oradan çıxmaq olmayacaq. Orta əsrlər Şərqində uzun illər belə bir tendensiya yarandı: dövrün ən ağıllı insanları, üləma-alimləri vəzir-vəkil qulluğuna gətirildi. Amma onların bir ürəyi hər zaman elmin yanında qaldı.

Dünyanın ayrı-ayrı ölkələrində də yüksək dövlət vəzifələrində, siyasi elitada olan alimlər sonradan yenə də elmə pənah gətirdilər.

Azərbaycan da bu tendensiya həyata keçdi. Əslində, həmin insanlarda heç bir günah yoxdu. Çünki elm elə bir maqnitdir ki, hara getsən, yenə də səni özünə doğru cəlb edəcək:

Beləliklə, Moderator.az bir zamanlar vəifədən olan, lakin rəhbərlik etdiyi postdan uzaqlaşdırılandan sonra yenidən elmə qayıdan sabiq məmurları təqdim edir:

Əli Abbasov - 2015-ci ildə vəzifəsindən uzaqlaşdırılan sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hazırda elmi fəaliyyətini iki müəssisədə davam etdirir. Akademik (o həm də akademiyanın həqiqi üzvüdür) AMEA prezidentinin müşaviridir. Həm də, UNEC-də (Azərbaycan Dövlət İqtisadiyyat Universitetində) Dünya iqtisadiyyatında informasiya texnologiyaları kafedrasının müdiridir. Rəqəmli iqtisadiyyatın əsasları üzrə mühazirələr oxuyur. 180-dan çox elmi əsərin və 18 elmi monoqrafiya və kitabların müəllifi və həmmüəllifidir. 14 texniki elmlər üzrə fəlsəfə doktoru və 8 texniki elmlər doktoru hazırlayıb.

Misir Mərdanov - sabiq təhsil naziri 2013-cü ildə vəzifəsindən kənarlaşdırılıb. Hazırda AMEA-nın Mexanik və Riyaziyyat İnstitutunun direktoru vəzifəsində çalışır.Bu il Misir Mərdanovun elmi fəaliyyətində uğurlu oldu. O, uzun müddətdən sonra 2017-ci ildə AMEA-nın müxbir üzvü seçildi.

Nizami Xudiyev - Azərbaycan Dövlər Pedaqoji universitetinin rektoru olan professor 1996-cı ildə böyük vəzifəyə - Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə sədr təyin edildi. 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdı. Bir müddət Milli Məclisin deputatı kimi də fəaliyyət göstərdi.
Hazırda isə yenə də elmlə məşğuldur. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, olan Nizami Xudiyev 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir. O, hazırda doğma universitetdə fəaliyyətini davam etdirir.

Əvəz Ələkbərov - iqtisadiyyat elmləri doktoru, professor Əvəz Ələkbərov uzun illər republikanın maliyyə naziri vəzifəsində çalışıb. 2006-cı ildə vəzifəsinə xitam verilib. 2008-ci ildə elmlər doktoru dərəcəsini alan Ələkbərov hazırda UNEC-də (İqtisadiyyat Universitetində) "Maliyyə və maliyyə institutları" kafedrasının müdiri və "Professorlar Klubu" rəyasət heyətinin sədri vəzifələrində çalışır. 60-dan artıq əsərin və 5 kitabın müəllifidir.

Qərib Məmmədov - 2015-ci il fevralın 5-də Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib. Elə bununla avtomatik həmin komitəyə rəhbərlik edən Qərib Məmmədov vəzifəsi ilə də vidalaşmalı olub.
AMEA-nın həqiqi üzvü olan Qərib Məmmədov bir neçə istiqamətdə elmi fəaliyyətini davam etdirir. O, Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın aqrar məsələlər üzrə müşaviridir. Həm də BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir.

Firudin Cəlilov - Türkoloq, filologioya elmləri doktoru, professor Firudin Cəlilov bir zamanlar Azərbaycan Respublikası Baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının xalq təhsili naziri (1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri vəzifələrində çalışıb. Uzun müddət Milli Məclisin də deputatı olan Firudin Cəlilov hazırda sırf elmi yaradıcılıqla məşğuldur. Türkçülüyə aid müfəssəl “Doqquz bitik” silsiləsi üzərində çalışır.

Saleh Məmmədov - 1992-93-cü illərdə Azərbaycanın maliyyə naziri olan Saleh Məmmədov artıq uzun müddətdir ki, gənc yaşlarından uğur qazandığı elm sahəsi ilə məşğuldur. O, maliyyə üzrə Azərbaycanın birinci elmlər doktoru, keçmiş SSRİ-də ən gənc maliyyə doktoru olub. Maliyyə və bank sahəsində müxtəlif dillərdə və ölkələrdə dərc olunan 500-dən çox monoqrafiya, dərslik, dərs vəsaitləri, jurnal və qəzet məqalələrinin müəllifidir, onun maliyyə, bank işi, sənayenin maliyyəsi kimi bir sıra predmetlər üzrə dərslikləri və dərs vəsaitləri nəinki Azərbaycan, eyni zamanda digər ölkələrin universitetləri tərəfindən istifadə olunur. Hazırda Dövlət İqtisadiyyat Universitetinin maliyyə kafedrasının professorudur.

Məmməd İsmayıl - Tanınmış şair bir çox vəzifələrdə, həmçinin, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio verilişləri şirkətinin sədri postunda çalışıb. Hazırda Türkiyənin Çanaqqala Universitetində elmi fəaliyyətini davam etdirir. Professordur.

Kamil Vəli Nərimanoğlu - 1993-cü ildə baş nazirin müavini vəzifəsində çalışan Kamil Vəliyev sayı 100-ə çatan elmi monoqrafiya və kitabların müəllifidir. Hazırda elmi fəaliyyətini Türkiyənin Aydın Universitetində davam etdirir.

(Ardı var)

Geri qayıt