Əsas Səhifə > Sosial, Manşet > Marketlərdə yeni bahalaşma BUMU
Marketlərdə yeni bahalaşma BUMU28-11-2017, 11:47 |
Son günlər mağazalarda qiymət artımı müşahidə olunur. Ərzaq mallarında, xüsusilə də yağ və yumurtanın qiymətində bahalaşma aydın sezilir. İqtisadçı Vüqar Bayramov BAKU.WS-ə deyib ki, bahalaşmanın səbəbi heç də dolların kursu ilə bağlı deyil. Məzənnə kifayət qədər stabildir. “Yeni ilə 1 aydan çox qalıb. Buna görə də bahalaşmanı bayramqabağı bahalaşma kimi qiymətləndirmək düzgün deyil. Adətən dekabrın yarısından sonra bayramqabağı bahalaşma olur. Çox təəssüf ki, hazırda qiymətlərin bahalaşmasını müşahidə edirik və iqtisadi baxımdan bunu izah etmək çox çətindir. Çünki manatın məzənnəsi stabildir. Məsələn, kərə yağının ölkəyə idxal rüsumu azaldılıb. Bəzi məhsulların rüsumları olduğu kimi qalır. Dünya bazarında ərzaq məhsullarının qiyməti kəskin baha olduğunu da demək olmaz. Buna baxmayaraq, çox təəsüf ki Azərbaycanda qiymət artımları müşahidə olunur. Əvvəllər ərzaqların bahalaşmasını iş adamları ölkədəki devalvasiya ilə əlaqələndirirdilər. Hazırda isə manatın məzənnəsi əvvəlki illərə nisbətən stabildir və hətta qeyd olunur ki, möhkəmdir. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi tərəfindən müdaxiləyə ehtiyac var. Qiymətlər monitorinq edilməlidir. Əks halda, bayramqabağı da qiymətlərin bahalaşmasını müşahidə etmək olar”. Qeyd edək ki, ötən ay da araşdırmamızın nəticəsində məlum olmuşdu ki, marketlərdə qiymətlər artmışdı. Apardığımız araşdırma nəticəsində müəyyənləşdirdiyimiz bəzi malların qiymətlərini təqdim edirik: “Spar” market Sümüksüz ət -15 AZN Sümüklü – 11.5 AZN Yumurta – 0.15 AZN Kənd yumurtası – 0.20 AZN Ankor yağı – 16.90 AZN Toyuq əti – 5.50 AZN – kq-ı Mila süd (1litr) 1.70 Un 1.20 – kq-ı Fairy 3.40 1 litr Ariel 1.97 450qr Final 1 litr 3.72 Şəkər tozu (1.5 kq) 1.5 AZN Qənd kilo yarım 2.50 AZN Bananın kilosu 2.50 AZN “Oba” market Mila süd (1 litr) 1.68 AZN Toyuq 5.50 AZN kq-ı Yumurta 0.14 AZN Un 0.45 AZN “Zolotoy kray” yağı (1 litr) 2 AZN Şəkər tozu (1 kq) 0.99 AZN Ariel 1.87 AZN Fairy 1.79 AZN “Araz” market Kənd yumurtası 0.21 AZN Yumurta 0.15 AZN Ariel 2 AZN Feyri 1.89 AZN Şəkər tozu 1 AZN Final qarğıdalı yağı 3.72 AZN Mila süd (1 litr) 1.85 AZN Geri qayıt |