Əsas Səhifə > Sosial, Manşet > Elnur Aslanovun yerinə niyə təyinat yoxdur?

Elnur Aslanovun yerinə niyə təyinat yoxdur?


28-12-2017, 11:11
Elnur Aslanovun yerinə niyə təyinat yoxdur?
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsi postu hələ də boş qalıb.

AzEuroNews.com-un məlumatına görə, Elnur Aslanovun Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən getməsindən sonra yerinə təyinat olmayıb.

Hazırda şöbədə baş məsləhətçi Şəbnəm Məmmədova müdirin səlahiyyətlərini icra edir. Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Onun Fətullah Gülənə “hocam” xitabı ilə yazdığı məktubun üzə çıxmasından sonra vəzifəsindən azad olundu və “Hizmət” hərəkatının hakimiyyət içində sızmış əsas adamı kimi təqdim edildi.

Onu da deyək ki. E.Aslanov həm də YAP Siyasi Şurasının üzvlüyündə saxlanır. Onun ABŞ-a köçdüyü xəbər verilir.

Geri qayıt