Əsas Səhifə > Sosial, Manşet > 3 milyonluq iddia ilə bağlı SUSQUNLUQ
3 milyonluq iddia ilə bağlı SUSQUNLUQ3-02-2018, 10:48 |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Sumqayıtda yerləşən Polimer Materialları İnstitutunun Kadrlar şöbəsinin keçmiş müdiri, Laçın rayonundan məcburi köçkün Ağayev Əlibala Eldar oğlu qanunsuz olaraq işindən uzaqlaşdırıldığını iddia edir. 4 övlad atası olan E.Ağayevin iki övladı tələbə, digər ikisi isə məktəblidir. AMEA-nın Polimer Materialları İnstitutunda boş olan kadrlar şöbəsinin rəisi vəzifəsində işləmiş Ə.Ağayev iddia edir ki, AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayev tərəfindən qanunsuz olaraq işdən uzaqlaşdırılıb. E.Ağayev F.Abdullayevlə bağlı bəzi iddialar da səsləndirib. O, Cebhe.info-ya açıqlamasında bildirib ki, Prezidentin sərəncamı ilə Polimer Materialları İnstitutunun təmiri üçün 3 milyon manat ayrılıb. Ancaq vəsait təyinatı üzrə xərclənmədiyi üçün institut kosmetik təmir olunub: “İnstitutun bir hissəsi təmir olunsa da, digər hissələri bərbad vəziyyətdədir. Köhnə laboratoriyadan bəzi avadanlıqlar sökülərək yenisinə aparılıb”. Qarşı tərəf barəsində səsləndirilən iddialara cavab verməyib. Geri qayıt |