Əsas Səhifə > Sosial, Manşet > Samir Şərifov bu iddiaları nəzərə almaya bilməz

Samir Şərifov bu iddiaları nəzərə almaya bilməz


7-02-2018, 09:45
Samir Şərifov bu iddiaları nəzərə almaya bilməz
Zərdab rayon Maliyyə İdarəsinin müdiri Sakit Məmmədov saxta diplomla uzun illərdir yüksək vəzifəni icra edir.

Belə bir iddia ilə Zərdab rayonu M.Xəlilov küçəsi, ev 14-də yaşayan Mirzəyev Rövşən Cəfər AFN-ə ünvanladığı şikayət məktubunda çıxış edib. O bildirir ki, hansısa müəmmalı səbəblərə görə maliyyə naziri Samir Şərifov sübut olunmuş bu saxtakarlığa göz yumub heç bir tədbir görmək istəmir: “Zərdab rayon Maliyyə İdarəsinin müdiri Sakit Məmmədov heç bir ali təhsil almayıb. O, rayonda qarmon çalmaqla uzun müddət toylarda manıslıq edib. Birdən-birə qəfil gətirib onu Zərdab rayon Maliyyə İdarəsinə müdir müavini vəzifəsinə təyin etdilər. Bundan az sonra müdiri işdən çıxardılar deyə Sakit Məmmədov Zərdab rayon Maliyyə İdarəsinin müdiri vəzifəsini icra etməyə başladı. Bu minvalla Sakit Məmmədov düz 6 ildir ki, Zərdab rayon Maliyyə İdarəsinin müdiri vəzifəsini icra edir. Sakit Məmmədovun ali təhsil almamasını və diplomunun saxta olmasını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəsmən təsdiq edib.
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Zərdab rayon prokurorluğuna göndərdiyi 14.03.2015-ci il tarixli 139-d-15 saylı məktubunda göstərilib ki, “Zərdab şəhər sakini Məmmədov Sakit İltimas oğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1992-2014-cü il tarixlərdə ali və orta ixtisas təhsili müəssisələrinə keçiriliən qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermiş abutureyintlərin siyahısında aşkar edilməmişdir”.
Bu konkret və mötəbər subut əsas verir ki. Sakit Məmmədov nəinki Maliyyə İdarəsinin müdiri vəzifəsini icra etməməlidir, həmçinin onun cinayət məsuliyyətinə cəlb edilməsinə zərurət var. Ancaq bu saxta diplomlu qarmonçalan Zərdab rayon Maliyyə İdarəsində müdir vəzifəsini qanunsuz icra etməklə dövlət büdcəsini talayıb kapital toplamaqla məşğuldur. Prezident İlham Əliyevin Zərdab rayonuna səfərindən sonra rayonun abadlıq, quruculuq işləri üçün dövlət büdcəsindən ayırdığı vəsaitin bir hissəsini mənimsəyən Sakit Məmmədov həmin dönəmdə özünə Zərdab şəhərində Qumluq qəsəbəsində böyük və möhtəşəm villa inşa etdirib. Sakit Məmədov Bakı şəhərində bir neçə mənzilə, sahibkarlıq obyektlərinə və bahalı avtomobillərə sahibdir”.
Şikayətçi iddia edir ki, S.Məmmədov ali təhsil diplomunu fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdən alıb: “Zərdab rayonunda tikinti-təmir işlərinin aparılmasını ancaq saxta tenderlərlə qardaşı Qalib Məmmədovun MMC-si udub küllü miqdarda dövlət vəsaitini bu yolla talan edirlər. Bu fakt araşdırılarsa, tam subut olunacaq ki, tikinti-təmir üçün ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib. Nəticədə isə tikinti-təmir işləri keyfiyyətsiz aparıldığı üçün tezliklə yararsız vəziyyətə düşür. Sakit Məmmədovla qardaşı Qalib Məmmədova məxsus çoxlu sayda müxtəlif adda MMC-lər mövcuddur ki, saxta tender oyunlarında ancaq onların lahiyələri “keçir”.
Bütün zərdablıları təcübləndirən isə budur ki, maliyə naziri Samir Şərifov bu saxtakarlığa nə üçün göz yumub heç bir tədbir görmək istəmir. Sakit Məmmədovun ali təhsil alması barədə əldə etdiyi diplomunun saxta olması əgər rəsmi olaraq təsdiq edilibsə bu cinayət əməli hesab edilməli və qanuni cəzasını almalıdır.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova və Maliyyə Naziri cənab Samir Şərifova müraciət ünvanlayıb xahiş edirəm ki, pul verib saxta diploma sahib olub yüksək vəzifəni icra edən Sakit İltimas oğlu Məmmədovun barəsində cinayət işinin başlanılıb ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.
Zərdab rayon Maliyyə İdarəsinə edilən zənglər cavabsız qaldığı üçün S.Məmmədovun mövqeyini ala bilmədik.

Geri qayıt