Əsas Səhifə > Sosial, Manşet > "Mingəçeviridə yollar niyə bağlanıb?"
"Mingəçeviridə yollar niyə bağlanıb?"20-02-2018, 09:46 |
Mingəçevirdən "Təzadlar"a daxil olan şikayəti heç bir şərh vermədən təqdim edirik: Hörmətli "Təzadlar"! Xahiş edirik, Mingəçevir sakinlərinin bu dərdinin həlli üçün aidiyyəti qurumlarla əlaqə saxlayıb səsimizə səs verəsiniz... Bir həftədir ki, günümüz qaradır. Əsas yolları bağlayıblar, köməkçi yollar da ki, bərbad gündədir, həm də 4-5 dəqiqəlik yolumuzu yarım saata gedirik. Bir il bundan əvvəl guya Mingəçevirdə Sənaye Parkının təməlini qoydular, amma bir ildir heç bir tıkinti aparılmayıb. İndi Mingəçevirin RİH başçısının göstərişi ilə bir aydır ki, tələm-tələsik başlayıblar tikməyə, daha doğrusu, göz boyamaq üçün maskalanmağa. Gah yol "karaskalayırlar"- yol bağlanır, gah tikirlər-uçur, sonra təzədən tikirlər, yolları niyə bağlayıblar onu başa düşümürük?Bu "karaskalar" nədəndir ki, bir həftədir qurumur, deyirdilər bazar günü Prezident gəlib lentini kəsəcək, birtəhər dözdük, amma indi məlum olur ki, hazır deyillər, yağış da axşamdan tökür, yollar sel-su içində. İşə gedən, məktəbə gedənlər əlacsız qalıblar. Sabah necə olacaq bilmirik, bu zülüm nə qədər davam edəcək onu da bilmirik... Daha başqa yollar bağlananda isə marşrut avtobusları yolu dəyişir, səhərin alaqaranlığında avtobusların ardınca qaçan, hara getdiyini soruşan insanları görsəniz, qanınız qaralar. Doğrusu, qanınızı qaraltmaq istəməzdim, amma sizdən başqa gümanım gələn yer yoxdur. Bizə bir çarə... Geri qayıt |