Əsas Səhifə > Sosial, Manşet > Hacı İbrahim Nehrəmliyə 3 ay vaxt verildi

Hacı İbrahim Nehrəmliyə 3 ay vaxt verildi


7-03-2018, 09:35
Hacı İbrahim Nehrəmliyə 3 ay vaxt verildi
“Avesta” konsernin prezidenti Hacı İbrahim Nehərmli “Xəzər adaları”na görə iki miyard avro ödəməlidir. AzEuroNews.com xəbər verir ki, bu məbləğ İ.Nehrəmlinin “Xəzər adaları”nda tikdirdiyi bir binadan satdığı evlərə görə əldə etdiyidir. Əldə etdiyimiz məlumatda deyilir ki, tam hazır olmayan və binanın maketi üzərindən ev alanlar pullarını tələb etmək məqsədi ilə ötən gün “Avesta” konserninin qarşısında toplaşıblar. Hacı İbrahim Nehrəmli ilə görüşən narazı vətəndaşlarından birinin saytımıza verdiyi məlumata görə, “Avesta” prezidenti onlara pullarını geri qaytaracağı sözünü verib: “Biz isə, buna inanmırıq. Çünki mətbuatdan da oxuyuruq ki, Hacı İbrahimin əlində heç nə qalmayıb. Borcun içində batır. Amma bizdən əvvəl orda obyektələr üçün pul verən sahibkarlara deyib ki, yaxın günlərdə “Xəzər adaları” olduğu yarımçıq vəziyyətdə bir başqa adama satılacaq. Ordan əldə olunan gəlirlə də bütün borcunu bağlayacaq”.

Narazı vətəndaşların sözlərinə görə, onlar Hacı İbrahim Nehrəmliyə 3 ay vaxt veriblər: “Bizə görə bu kifayyət qədər uzun bir vaxtdır. Bu müddətdə pulumuzu ala bilməsək Hacı İbrahimin əməllərindən Azərbaycanın hüquq-mühafizə orqanlarına rəsmi şəkildə məktub yazaraq şikayət edəcəyik. Çünki bu, açıq-aşkar dələduzluqdur”.
Məlumat üçün qeyd edək ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Ada şəhərcikdə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikilməlidir (tikilərsə dünyanın ən hündür binası olacaq).

Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi də planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.

Amma işlərin yarımçıq qalması layihənin gerçəkləşəcəyini şübhə altına alıb.

► Mövzu ilə bağlı “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmli ilə əlaqə yaratmaq cəhdimiz heç cürə alınmadı, onun da mövqeyini öyrənib dərc etməyə hazırıq…

Geri qayıt