Əsas Səhifə > Sosial, Manşet > Vətəni, dövləti və xalqı satmaq müqabilində varlanmaq
Vətəni, dövləti və xalqı satmaq müqabilində varlanmaq10-03-2018, 10:01 |
Azərbaycan inkişaf etdikcə, beynəlxalq aləmdə nüfuzu artdıqca ölkəmizin dostları da çoxalır, dəstəkçilərimiz də artır. Təbii olaraq belə vəziyyət dostlarımızı qəlbən sevindirir. Amma bununla yanaşı, Azərbaycanın uğurları bəzi dairələri qıcıqlandırır. Ölkəmizin əldə etdiyi nailiyyətləri həzm etməyi bacarmayan qüvvələr bütün vasitələrə əl ataraq antiAzərbaycan kampaniyalar təşkil edirlər. Bu kimi halları biz dəfələrlə müşahidə etmişik. Misal üçün, Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləndə, o cümlədən paytaxt Bakı "Avroviziya-2012” beynəlxalq musiqi yarışmasına, Bakı-2015: Birinci Avropa Oyunlarına, "Formula-1”-ə, Bakı-2017: İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəndə xarici ölkələrdə Azərbaycan əleyhinə təbliğata start verildi. Sapı özümüzdən olan baltalar ermənipərəst dairələrin qrantları hesabına "Demokratiya naminə oxu” və sair bu kimi kampaniyalara başladılar. Eyni mənzərə Azərbaycanda keçirilən seçkilər ərəfəsində də aydın şəkildə müşahidə edilməkdədir. Parlament, bələdiyyə, prezident seçkiləri ərəfəsində, həmçinin Konstitusiyaya dəyişikliklər üçün ümumxalq səsverməsi – referendum öncəsi düşmən dəyirmanına su tökməyi özlərinə şərəf(sizlik) bilən adamlar People in Need (PİN) kimi təşkilatlardan aldıqları 5-10 avro müqabilində fəallaşırlar. Dünyadakı erməni lobbisinin, ermənipərəst dairələrin, erməni puluna satın alınmış xarici siyasətçilərin də dəstəyi ilə beynəlxalq aləmdə Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışırlar. Bu yerdə bir xatırlatma verək ki, 1988-ci ildə Ermənistanın Spitak rayonunda dəhşətli zəlzələ olanda Çexiyada bir qrup tələbə təşəbbüs göstərərək, möhtac olan insanlara yardım aksiyası keçiriblər. Sonradan bu təşəbbüs əsasında adı "möhtac insanlar” (ehtiyac içində olan insanlar) kimi məna verən PİN adlı humanitar təşkilat yaradılıb. Lakin tezliklə bu təşkilat iç üzünü ortaya qoyub. 1992-ci ildə beynəlxalq humanitar hüququn prinsiplərini kobud surətdə pozaraq, Xankəndində döyüş əməliyyatlarında yaralanan erməni döyüşçülərini müalicə etmək üçün qospital yaradıb. Beynəlxalq humanitar hüququn prinsiplərini pozan PİN-in "humanizmi” ancaq ermənilərə münasibətdə özünü göstərib. O vaxt yaralanaraq əsir düşən azərbaycanlıları (hərbiçi və ya mülki şəxsləri) PİN öz qospitalına qətiyyən qəbul etməyib. Sonradan bu bədnam "humanitar” təşkilatın adı daha dəhşətli məsələlərdə hallanıb. Belə ki, girov götürülən Azərbaycanlı əsir uşaqların orqanlarının çıxarılması və satılmasında PİN özünəməxsus rol oynayıb. PİN həmin qospital vasitəsi ilə azərbaycanlı əsir və girovların, xüsusən də uşaqların orqanlarının ticarətini təşkil edib. Yəni, bu təşkilat Azərbaycan xalqına qarşı törədilən insanlıq əleyhinə cinayətlərin bilavasitə iştirakçısıdır. Belə təşkilatın Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahat olması sadəcə gülüş doğurur. Lakin əfsuslar olsun ki, ən müxtəlif bəhanələrlə Azərbaycandan qaçıb xaricə sığınan bəzi Vətən xainləri bu gerçəkləri ya görmür, ya da görmək istəmirlər. Həbib Müntəzir, Arzu Qeybulla, Orduxan Temirxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Arif Məmmədov, Qənimət Zahid, Natiq Güləhmədoğlu, Fikrət Hüseynov, Ataxan Əbilov, Arif, Leyla və Ramiz Yunus kimi antimilli ünsürlər PİN kimi təşkilatlardan "qidalanaraq” sosial şəbəkələrdə Azərbaycana qarşı kampaniya aparmaqdadırlar. Bu şəxslərin erməni lobbisi ilə əməkdaşlığı danılmaz faktdır. Onlar davamlı şəkildə ermənilərlə əməkdaşlıq edir, erməni lobbisinin idarə etdiyi mərkəzlərin tədbirlərinə qatılır, erməni lobbisindən tapşırıqlar alırlar. Və yaxud, özünü ata-ana müxalifət hesab edən AXCP sədri Əli Kərimlinin Londonda təhsil alan oğlu Türkel Kərimli ABŞ-dakı tədbirdə qondarma "Dağlıq Qarabağ Respublikasının” nümayəndələri ilə bir sırada yer alır, Azərbaycana qarşı çıxış edir. Bu günlərdə Avropada keçirilən tədbirlərin birində Leyla Yunusun Xocalı soyqırımı ilə bağlı sualı necə ironiya ilə qarşıladığı da heç kimə sirr deyil və uzun müddət yaddan çıxmayacaq. Bu faktları istənilən qədər artırmaq da olar. Tez-tez beynəlxalq səviyyəli tədbirlərdə Qeyri Hökumət Təşkilatının (QHT) sədri, hüquq müdafiəçisi kimi iştirak edən hüquqşünas Sahib Məmmədov da hesab edir ki, ermənilər ölkəmizdə və ölkədən kənarda azərbaycanlılardan ibarət şəbəkə qurur, Avropanın və ABŞ-ın müxtəlif qurumlarında, beynəlxalq təşkilatlarda tədbirlər təşkil edib başda azərbaycanlıları oturdur, "hakimiyyət əleyhinə” adlanan kampaniyalar altında əslində dövlətin nüfuzunu sarsıdan aksiyalar keçirirlər. Onun fikrincə, ermənilər öz məqsədləri üçün "bizimkilərdən” gen-bol istifadə edir. Hüquqşünas bildirir ki, ermənilər müxtəlif təşkilatlar vasitəsilə hətta valideynini qətlə yetirdikləri, evlərini dağıtdıqları, nəslini didərgin saldıqları adamları da bu şəbəkələrə cəlb edə bilir, hətta lazım gəldikdə satqınların bir hissəsini Ermənistana aparıb orada da istifadə edirlər. QHT sədrinin sözlərinə görə, Ermənistanda heç bir kəs buna etiraz etmir və bilir ki, bu satqınlardan erməni maraqları üçün istifadə olunur. Lakin Azərbaycan tərəfi hansısa bir ermənidən dövlət maraqlarımız üçün istifadə etmək istəyəndə aləmi bir-birinə qatırlar. S.Məmmədov deyir ki, bu, idarəolunan prosesdir. Hüquq müdafiəçisi onu da əlavə edir ki, "bizimkilərə” PİN xətti ilə dəstək verilir. O qeyd edir ki, beynəlxalq humanitar hüququn prinsiplərinin ciddi şəkildə pozan PİN indi də hüquq-müdafiə təşkilatı kimi çıxış edir. Lakin maraqlı burasıdır ki, bu təşkilat sözügedən istiqamətdə yalnız Azərbaycana münasibətdə fəallıq nümayiş etdirir, sistematik və davamlı antiAzərbaycan kampaniya aparır, ölkəmizin insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayır. Halbuki, PİN heç zaman region ölkələri olan Gürcüstan və Ermənistanla bağlı hər hansı bir kampaniya aparmır. QHT sədrinin sözlərinə görə, indinin özündə də ermənilərlə sıx əlaqədə fəaliyyət göstərən PİN müxtəlif layihələr və proqramlar vasitəsi ilə antiazərbaycan şəbəkəsi qurmağa nail olur. Bu təşkilat insan hüquqlarının müdafiəsi adı altında müxtəlif kampaniyalar təşkil edir, informasiya vasitələrini, sosial şəbəkələrdə müxtəlif adlarla səhifələrini yaradır, beynəlxalq tədbirlərdə antiAzərbaycan aksiyaları, yəni piketlər, mitinqlər, sərgilər və sair təşkil edir. Bütün bu faktlar, yazının əvvəlində adlarını sadaladığımız antimilli ünsürlərin davranışları, əlaqədə olduqları təşkilatlar tam çılpaqlığı ilə sübut edir ki, onların problemi ölkəmizdəki siyasi hakimiyyətlə deyil. Bu şəxsiyyətsizlərin hədəfi ümumilikdə Azərbaycan dövləti və xalqıdır. Məşhur alman yazıçısı Erix Mariya Remark "Zəfər tağı” romanında belə xəyanətkar insanların portretini cızıb. Fransaya casusluq etməyə gələn "SS” zabiti miqrant Raviklə söhbət edən zaman o dövrdə bəzi fransızlar haqqında danışır və bildirir ki, "qalib gəlmək üçün onlar bir-birini, nəticə etibarilə Vətənini satırlar”. Elə həbib müntəzirlər, arzu qeybullalar, orduxanlar, məhəmməd mirzəlilər, tural sadıqlılar, arif məmmədovlar, qənimət zahidlər, natiq güləhmədoğlular, fikrətlər, ataxanlar, rriflər, leylalar, ramiz yunuslar da bu işlə - Vətəni, dövləti və xalqı satmaqla məşğuldurlar. \\kaspi.az\\ Geri qayıt |