Əsas Səhifə > Sosial, Manşet > “Alışanov kimi naşı və bacarıqsız sədr görməmişəm”

“Alışanov kimi naşı və bacarıqsız sədr görməmişəm”


9-04-2018, 09:36
“Alışanov kimi naşı və bacarıqsız sədr görməmişəm”
“Bu günlərdə mətbuatda AzTV sədri A.Alışanovun ofşor şirkətlərlə müəmmalı maliyyə əməliyyatları barədə araşdırma ilə tanış oldum və dövlətin milyonlarının bu miqyasda çapıb-talanmasından heyrətə gəldim. Bu qədər şübhəli reputasiyası olan və belə ciddi maliyyə pozuntularına yol vermiş birisinin rəhbər vəzifədə qalması millətə xəyanətdir” – bu sözləri müxbirimizə AzTV-nin keçmiş mühəndisi Hikmət Həsənov deyib.

“Alışanov kimi naşı və bacarıqsız sədr görməmişəm”

H.Həsənov daha sonra bildirib: “Puldan başqa heç bir dəyər tanımayan A.Alışanovun törətdiyi pozuntular, yaratdığı rüşvət və korrupsiya mühiti, əməkdaşlara olan layiqsiz münasibəti barədə susmağa adamın vicdanı yol vermir. Bu adamın sədrliyi dövründə iş yerində ürək tutmasından dünyasını dəyişmiş 10-dan çox həmkarımızı hüznlə yada salıram. Öz işini yaxşı bilən, həm də şəxsiyyəti olanlar mühasib sədrin gözünün düşmənidir. AzTV kimi kanalın əməkdaşları A.Alışanovun kəraməti sayəsində 100-150 manatın ümidinə qalıb. Sədrin işçilərə pul verməyə əli gəlmir. Təsəvvür edin, adam sifariş verib öz şəkili olan xalça toxutdurub otağından asa bilir, amma rəssamın pulunu ödəməyə can çəkir.”

“Alışanov kimi naşı və bacarıqsız sədr görməmişəm”

“Televiziya yaradıcılığının nə olduğunu anlamayan A.Alışanovun bu böyüklükdə telekanalda rəhbər qalması fəlakətdir. Mən 17 il AzTV-də işləmişəm, bir il texnik, sonra radioda böyük mühəndis vəzifəsində çalışmışam. Sankt-Peterburq Televiziya institutunu bitirmişəm, bu sahədə azsaylı mütəxəssislərdən biriyəm. AzTV-də 2-3 rəhbərlə işləmişəm, amma A.Alışanov kimi naşı və bacarıqsız sədr görməmişəm” – deyə keçmiş mühəndis bildirib.

“Alışanov kimi naşı və bacarıqsız sədr görməmişəm”

H.Həsənov əlavə edib ki, Alışanov hələ də sənədə dərkənar atmağı öyrənməyib. Bir işi beş adama tapşırır, hərdəmxəyaldir, bu gün tapşırdığı işi sabah ləğv edir. Hər şeydən görünür ki, vəzifəsinin öhdəsindən gələ bilmir, tutduğu vəzifə üçün də, adamlarla ünsiyyəti də yetərsizlik əmsalı çox yüsəkdə olan biridir. Ona görə də yalnız maliyyə pozuntularının ustası olan bu adamın əsl yeri televiziya deyil, maliyyə fırıldaqlarının üzərində qurulan qara bazar olmalıdır. Ordan isə yolun sonunun hara vardığını hər kəs bilir. AzTV-yə isə normal, layiqli və peşəkar bir sədr qoyulmalıdır! (azpolitika.info)


“Alışanov kimi naşı və bacarıqsız sədr görməmişəm”
“Alışanov kimi naşı və bacarıqsız sədr görməmişəm”
Geri qayıt