Əsas Səhifə > Sosial, Manşet > Astan Şahverdiyevi deputat həmkarı öldürüb?
Astan Şahverdiyevi deputat həmkarı öldürüb?17-04-2018, 09:24 |
Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev mətbuata açıqlamasında deputat həmkarı Astan Şahverdiyevin ölümündə jurnalistləri günahlandırıb. Axar.az xəbər verir ki, A.Abıyevin bu açıqlamasından sonra onun vaxtilə A.Şahverdiyevlə bağlı dediyi sərt sözlər gündəmə gəlib. Abıyev hələ ötən il A.Şahverdiyevin Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin qəza törətməsi haqqında yayılan məlumatları “cəfəngiyyat” adlandırmasından sonra onun ünvanına bu sözləri demişdi: “Adama deyərlər, sən öz işindən danış da! Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?!” O, başqa bir açıqlamasında Şahverdiyevi deputat mandatının əlindən alınacağı ilə hədələmişdi. Abıyev növbəti açıqlamasında Milli Məclisin İntizam Komissiyasının rəhbərliyindən getməsinin Astan Şahverdiyevlə bağlı olub-olmamasını soruşan jurnalistə də “Astan kimdir ki, ona görə məni komissiyadan uzaqlaşdırsınlar?” demişdi. Xatırladaq ki, A.Şahverdiyevin ölümündən sonra başsalığı verən Ağacan Abıyev mərhum deputatı "yaxın dostu" adlandıraraq, bu sözlərlə jurnalistləri ittiham edib: “Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi. Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyildi ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər jurnalistlər ona hörmət etsəydilər, bəlkə də o bu gün yaşayırdı”. A.Əbiyevin bu sözlərindən belə çıxır ki, əslində, onun ölümündə günahkar olanların başında Ağacan Abıyevin özü gəlir. Çünki bu gün "yaxın dost" dediyi adamı heç də jurnalistlərdən daha yumşaq tənqid etməyib. Geri qayıt |