Əsas Səhifə > Sosial, Manşet > Yeni nazirlərə TAPŞIRIQ verildi

Yeni nazirlərə TAPŞIRIQ verildi


28-04-2018, 10:50
Yeni nazirlərə TAPŞIRIQ verildi
Nazirlər Kabinetinin yeni tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşları qəbul günləri açıqlanıb.

Nazirlər Kabineti bəyan edib ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.

Modern.az-ın məlumatına görə, rayonlara göndərilənlər arasında yeni nazir və komitə sədrləri də diqqət çəkir. Söz yox ki, qəbula gələnlər arasında köhnə nazirlərdən şikayət edənlər az olmayacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu vəzifədə ilk qəbul gününü Ağcabədidəki Taxtakörpü qəsəbəsində keçirəcək. O, mayın 30-da burada Laçın (Taxtakörpü), Ağcabədi, Bərdə sakinlərini qəbul edəcək.

Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri kimi ilk qəbulunu Mingəçevirdə keçirəcək. S.Babayev mayın 18-də Mingəçevir, Naftalan, Yevlax, Ağdaş, Goranboydan olan şikayətçiləri dinləyəcək.

Kənd təsərrüfatı naziri İnam Kərimovun qəbulu da mayın 18-də Yevlaxda olacaq. Yeni nazir Yevlax, Goranboy, Göygöl, Daşkəsən, Samux sakinlərini narahat edən məsələləri araşdıracaq.

Təhsil naziri Ceyhun Bayramov Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz sakinləri üçün 21 may tarixində Xızıda qəbul keçirəcək.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin qəbulu mayın 25-də Bərdədə keçiriləcək. Təzə nazir Bərdə, Ağdam, Ağcabədi, Tərtər sakinlərindən gələn şikayətlərə baxacaq.

Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər MehdiyevTovuz, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax rayonunun sakinləri üçün mayın 29-da Tovuza gedəcək.

Geri qayıt