Əsas Səhifə > Sosial, Manşet > ASTARADA SAHİBKARLARDAN SEÇKİ PULU YIĞILIR

ASTARADA SAHİBKARLARDAN SEÇKİ PULU YIĞILIR


6-04-2013, 10:20
ASTARADA SAHİBKARLARDAN SEÇKİ PULU YIĞILIR
NARAZI İŞ ADAMLARI MƏSƏLƏ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDƏCƏK

DİA.AZ: - Astarada vəziyyət qarışa bilər. Belə ki, Masallıdan bir sürü ittihamla Astaraya icra başçısı göndərilən Qəzənfər Ağayevin son günlər yerli sahibkarları qarşı yenidən hədəfə alması barədə xəbərlər yayılıb.

Bildirək ki, Qəzənfər Ağayev Masallıda da sahibkar zümrəsi ilə «yola getmirdi»… Sonuncu dəfə olaraq isə Masallı rayon sakini Elnur Həsənov keçmiş icra başçılarının onun 45 min manatını mənimsədiyini iddia etmişdi. Qeyd edək ki, bui lk iddia deyil və onlarla bu kimi şikayətlər var.

DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, Qəzənfər Ağayevə qarşı təxminən 20-yə yaxın sahibkarın adından prezidentə müraciət hazırlanır. Redaksiyamıza telefon açaraq bu barədə məlumat verə niş adamlarından birinin sözlərinə görə, onlar 12 fevral müşavirəsində prezident İlham Əliyevin icra başçılarına xitabən yerlərdə sahibkarlara qarşı mülayim siyasət yürütmə çağırışlarından ümidlənmişdilər:

«Amma indii görürük ki, prezidentin söylədiklərini Astaranın icra başçısı postunu tutan Qəzənfər Ağayev deyilənlərin əksini həyata keçirir. Neçə gündür ki, bizdən icra başçısının adı ilə pul istənilir. Özü də ən az istədikləri 5 min manatdır. Deyirlər ki, bu pulu versək, bir il bizimlə işləri olmayacaq. Pul da onlara seçkiyə görə lazımdır.

Bu vaxta qədər abadlıq işlərinə, əvvəlki icra başçısı Taleh Qaraşovun da vaxtında yardımlar göstərmişik. Bundan da peşman deyilik. Amma bu şəkildə bizdən pul alınması artıq icra başçısı adından reketçilikdir».

Sahibkarlar bildirir ki, Astarada seçkinin yola verilməsi üçün maksimum icra başçısına 100 min manat pul lazım olar: «Amma bizdən, ümumi sahibkarlardan üçt-üçtə 200 min manata yaxın pul yığılması planlaşdırılır. Deməli, burada da korrupsiyaya yol verib, pulun yarısını cibinə qoymağı düşünür».

Qeyd edək ki, prezidentə ünvanlanacaq şikayət məktubunun mətnini yaxın vaxtlarda redaksiyamıza göndərəcəklər. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt