Əsas Səhifə > Sosial, Manşet > Bakıda valideyndən ətçəkən maşın alan bağça müdiri də var:

Bakıda valideyndən ətçəkən maşın alan bağça müdiri də var:


24-05-2018, 08:48
Bakıda valideyndən ətçəkən maşın alan bağça müdiri də var:
Bakının Binəqədi rayon sakinin övladı evinə yaxın yerləşən 153 saylı körpələr evi - uşaq bağçasına götürülmür.

Bu barədə Həmidə Rüstəmova Cebhe.info-ya şikayətində bildirib. Onun sözlərinə görə, uşaq bağçasının müdirinə dəfələrlə yazılı və şifahi müraciət etsə də bunun heç bir nəticəsi olmayıb. H. Rüstəmova şikayətində qeyd edib ki, bağçanın müdiri Şölə İsmayılova bundan əvvəl iki övladını da hədiyyələr verdikdən sonra qəbul edib:

"Oğlum 2016-cı il yanvarın 24-də doğulub. 3 övladım var. İki qızım da ora bağçaya gediblər və oranın müdiri Şölə xanımla hər dəfə də problem yaşamışam. Birinci qızımda məndən bahalı hədiyyə istədi, 150 manatlıq ət çəkən maşın aldım verdim. İkinci qızımı da götürmürdü, sonra köməklik etdilər, ondan sonra bağçaya qəbul etdi. Bu dəfə artıq tamamilə imtina edir. Heç bir əsas gətirmədən deyir sənin uşağını qəbul etmirəm. Deyir ki, ikisini götürmüşəm, digərini də başqa bağçaya apar. Amma mənə daha yaxın bağça budursa, niyə başqasına aparmalıyamki? 2 yerdə çalışıram, anam da xəstə və yaşlı adamdı. Mənim aldığım maaşla uşağa baxıcı tutmaq mümkün deyil. Bunu da dəfələrlə Şölə xanıma izah etsəm də, mənə bəhanə gətirir ki, bağçada yer yoxdu. Amma məndə olan məlumata görə, bağçada kifayət qədər yer var".

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən 153 saylı körpələr evi - uşaq bağçasının müdiri Şölə İsmayılova deyilənlərin əsası olmadığını vurğuladı və bildirdi ki, 2016-cı il doğumlu uşaqlar gələn ildən qəbul olunacaq. Müdir bildirdi ki, sözügedən məsələ ilə bağlı bu gün səhər də valideynə ətraflı məlumat verib:

"Bir yaşda uşaqların bağçaya qəbul olunması üçün Milli Məclisdə müzakirələr getdi, amma sonra bu təsdiq olunmadı. Həmin qərar da bizim bağçaya daxil olmayıb. Bu gün səhər də bu məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən zəng vurulmuşdu. Vəziyyət belədir ki, adam gərək gələ növbəyə dura, qanuna tabe ola. Bir yaşda uşaqları götürmək üçün gərək bizim manejimiz osun. Çünki bir yaşında uşaqlar körpə olur, tez-tez yıxılır, onları saxlamaq çətindir. Onlar üçün də ayrıca qurup olmalıdır. Mənim artıq 60 yaşım olacaq, yaşlı adamam, həyatımı bu uşaqlara həsr etmişəm, 40 il stajım var. Deyirəm qonşu bağçada yer var apar qoy ora, valideyn deyir ki, yox biz buranı istəyirik. Onların evinə yaxın 266 saylı bağça var. Evlərinin düz yanındadı, amma aparıb ora qoymaq istəmir".

Geri qayıt