Əsas Səhifə > Sosial, Manşet > Mikayıl Cabbarovun 9 saylı vergi oliqarxının biznes səltənəti
Mikayıl Cabbarovun 9 saylı vergi oliqarxının biznes səltənəti30-05-2018, 09:20 |
Bir neçə il əvvəl 9 saylı Ərazi Vergi İdarəsindən (Ağdaş, Göyçay, Zərdab, Kürdəmir, Ucar) video kadrlar yayılmışdı FİA.Az xatırladır ki, Göyçay sakini Fuad Hüseynov yazırdı ki, ondan hər ay "sabit vergi" olaraq 150 manat tələb edirlər. Görüntülərdə də vergi idarəsində hansı vəziyyət hökm sürdüyü öz əksini tapmışdı. Ancaq o zaman nazir Fazil Məmmədov 9 saylı Vergilər İdarəsindəki dərəbəylik, özbaşınalıqla bağlı video barədə ölçü götürmədi, idarə rəisi Elxan Süleymanlı işində saxlandı. Bu da onun əl-qolunun geniş açılmasına şərait yaradıb. E.Süleymanlı bu 3 il ərzində o qədər varlanıb ki, vergi oliqarxına çevrilib. Yeni vergilər naziri Mikayıl Cabbarov da onunla işləməyə davam edir. Bunun nəticəsidir ki, E.Süleymanlı İsmayıllıda 80 min manata torpaq sahəsi alaraq qardaşının adına rəsmiləşdirib. İddialara görə, məhkumluq həyatı yaşamış qardaşının adına sənədləşdirilən torpaq sahəsinin üzərində iki bahalı malikanə tikdirib. Hər iki villaya nə qədər vəsait xərcləndiyini təsəvvür etmək olmur. Ən azı torpağın qiymətindən daha artıq vəsait gedib. Bütün bu imkanlara F.Hüseynov kimi vətəndaşlardan alınan qeyri-qanuni vergi pulları hesabına nail olunub. Ona görə də 9 saylı vergi idarəsi rəisi İsmayıllıdakı mülkləri ilə kifayətlənməyib, Göyçay və Ağdaşda iaşə obyektlərinə sahiblənib. Belə iddialar səslənir ki, E.Süleymanlı özü 5 rayonda vergiyə nəzarət etdiyi üçün obyektlərini vergidən yayındırması elə də çətin olmayıb. Sahibkarların hesabına oliqarxa çevrilmiş E.Süleymanlıdan Vergilər Nazirliyinə şikayət edənlər isə Daxili Təhqiqat İdarəsində sıxışdırılır. Əfsus ki, M.Cabbarov bixəbərdir. FİA.Az xəbər verir ki, E.Süleymanlının məhkumluğu olmuş qardaşı adına mal-mülk sənədləşdirməsi müəmmalı işdir. Vergilər naziri islahatlar həyata keçirirsə, regional idarələri təftiş etməlidir. Uzun illər F.Məmmədov regional idarələri rüşvət yuvalarına çevirib. Onlardan biri də 9 ƏVİ-dir. Vergilər naziri əksər idarələrdə, strukturlarda kadr dəyişiklikləri həyata keçirir. Bu baxımdan sözügedən idarənin fəaliyyəti də araşdırma zərurəti yaradır. Hələ sahibkar F.Hüseynov o zaman yazırdı ki, Göyçayda yerləşən 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Mahir ona zəng edərək görüşmək istədiyini bildirib: “Mən dərhal nahar fasiləsindən sonra onunla görüşdüm. Mahir müəllimdən eşitdiklərim qanımı dondurdu. Belə ki, Mahir müəllim yeni bir qaydaya əsasən hər bir ticarət obyektinin "nazirlikdən” təyin olunmuş standard bir məbləğdə hər ay vergi olaraq ödəniş etməyimə razılıq verməyimi istədi. Və mənim 44 kvadrat metr sahəsi olan icarəyə götürdüyüm obyektə "yuxarıdan” 150 manat aylıq ödəniş "məsləhət görülüb”. Bununla razılaşmayacağımı, açıq-aşkar qanuna zidd hərəkət etməyəcəyimi bildirdim. Bu işin başında kimin olduğunu və onunla görüşmək istədiyimi söylədim”. Mahir müəllimin sözündən sonra sahibkar 9 saylı Ərazi Vergilər İdarəsinin operativ nəzarət şöbəsinin rəisi Əlisultan adlı şəxslə görüşüb: “Əlisultan müəllimlə söhbətdən belə anladım ki, mənə edilən bu təklifə razılıq verib-verməmək öz əlimdədir. Lakin nəzərimə çatdırdı ki, bununla razılaşanların ticarət obyektlərinə bir il müddətində heç bir vergi işçisi tərəfindən müdaxilə, yoxlama, xronometraj, audit, səyyar yoxlama keçirilməyəcək. Əlisultan müəllimlə söhbətdən bir də bunu anladım ki, əslində yeni qurulmuş bu "reket” şöbəsinə rəhbərlik 9 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Elxan Süleymanlıya tapşırılıb”. Fuad Hüseynov həmin gün Elxan Süleymanlıyla görüşmək istəsə də, onun işdə olmadığını bildiriblər. Qarşı tərəfi dinləməyə hazırıq. Geri qayıt |