Əsas Səhifə > Sosial, Manşet > Rüfət Aslanlıya daha bir ZƏRBƏ
Rüfət Aslanlıya daha bir ZƏRBƏ5-06-2018, 09:12 |
Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqının 100-dən artıq şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətini səmərəsiz hesab edir. "Report" xəbər verir ki, bu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirdiyi sorğunun nəticəsində məlum olub. Sorğu 27 Aİ ölkəsini əhatə edən 400-ə yaxın şirkət arasında keçirilib. Sorğunun nəticəsinə görə, sahibkarların 31%-i MBNP-nin fəaliyyətini səmərəsiz hesab edir.Onların 82%-i isə ASAN e-viza portalının effektivliyini yüksək qiymətləndirir. Respondentlərin 50%-i bu il iqtisadi perspektivlərin yaxşılaşacağını gözləyir, 53%-i isə biznes fəaliyyətini genişləndirməyi planlaşdırır. Həmçinin 35% sorğu iştirakçısı işçilərinin sayını artırmağı, 36%-i kapital xərclərini artırmağı planlaşdırır. 48% respondent isə gəlirlərinin artacağını düşünür. Aİ şirkətləri ölkədə bir sıra vacib sahələrdə islahat da təklif edib: "20% vergi sistemində, 17% gömrük sistemində islahat istəyir. Hüquq sistemi və təhsil sistemində islahat istəyənlərin həcmi isə 12%-dir". Geri qayıt |