Əsas Səhifə > Sosial, Manşet > Fazil Məmmədov bank sistemində də sıxışdırılır...

Fazil Məmmədov bank sistemində də sıxışdırılır...


7-06-2018, 08:38
Fazil Məmmədov bank sistemində də sıxışdırılır...
Fazil Məmmədov Vergilər naziri vəzifəsindən azad edildikdən sonra vaxtilə vəzifəyə gəlməklərində rol oynadığı şəxslər də görəvləri ilə vidalaşmaqdadırlar.

Binəqədi, daha sonra isə Gədəbəy rayon İcra hakimiyyətlərinin başçılarının vəzifədən azad edilməsindən sonra F. Məmmədovun ətrafında çevrə daralmaqdadır. Xatırladaq ki, Binəqədi İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının həyat yoldaşıdır. Bunda əvvəl isə F.Məmmədovun daha bir kürəkəni, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini olan Namiq Quliyev də vəzifəsindən azad edilib.

Qlobal.az-a daxil olan məlumata görə, bu dəfə vəzifədən uzaqlaşdırılacaq şəxs F.Məmmədovun bacısı oğlu, "AtaBank"ın İdarə Heyətinin sədri Dəyatət Quliyev olacaq.

Məlumata görə hazırda "AtaBank"ın İdarə Heyətinin növbədənkənar toplantısı gözlənilir. Toplantıda İdarə Heyətinin qərarı ilə D. Babayevin sədrlikdən uzaqlaşdırılacağı, yerinə isə İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı seçiləcəyi iddia olunur.

Xatırladaq ki, İdarə Heyətinin sədri ilə müavininin intriqası xeyli müddətdir ki, davam edir. Belə ki, vaxtilə Fazil Məmmədov Vergilər naziri vəzifəsindən azad edildikdən sonra bankın idarə heyətinin üzvü Etibar Babaşlıya AtaBank-da Fazil Məmmədova bağlı şəxslərin siyahısının tutulması ilə yanaşı, özünün komandasını yaratması da tapşırılıbmış. Etibar Babaşlıya verilən bu tapşırıqdan Fazil Məmmədovun AtaBank-dakı kadrları xəbər tutublar. Məhz bundan sonra Dəyanət Quliyev Etibar Babaşlı ilə görüşərək ondan istefa ərizəsi yazmasını tələb edib.

Onu da qeyd edək ki, Etibar Babaşlının adı ölkə mediasına 2 il öncə İdarə Heyətinin digər üzvü, onun yaxın dostu və ortağı Elnur Osmanovun bankdan qovulması ilə gündəmə gəlmişdi. Həmin vaxt mediada dərc olunan məlumatlarda vurğulanırdı ki, Etibar Babaşlının yaxın dostu Elnur Omanov üçün məhkəməyə saxta sənəd təqdim etməsinin üstü açılmış və məsələ idarə heyətində müzakirə olunaraq ciddi söz söhbətə yol açmışdır.

Saytımızın əldə etdiyi məlumata görə, Dəyanət Quliyevin İdarə Heyətinin sədri vəzifəsindən indiyədək çıxarılmamasına səbəb F.Məmmədovun vəzifədə olarkən bankdan götürdüyü külli miqdarda kreditlərin geri qaytarılmasında problemlərin yaranması səbəb olub. Məlumatda artıq bu problemin həll olunduğu, yəni, F.Məmmədovun banka olan borcunu daşınar və daşınmaz əmlakını bankın mülkiyyətinə keçirərək ödədiyi deyilir.

Məlumatda Fazil Məmmədovun "Atabank"ın mülkiyyətinə keçirilən əmlaklarından biri isə "Qolfstrim” markalı model təyyarə olub.

Geri qayıt