Əsas Səhifə > Sosial, Manşet > Masallı səhiyyəsində ÖZBAŞINALIQ

Masallı səhiyyəsində ÖZBAŞINALIQ


12-06-2018, 09:36
Masallı səhiyyəsində ÖZBAŞINALIQ
Neqativ halların yaşanması ilə daim gündəmə gələn Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovun bir müddət öncə səhiyyə naziri Oqayat Şirəliyev tərəfindən işdən çıxarıldığı xəbəri yayıldı. Lakin sonradan Cəlil Nəzərov öz vəzifəsini davam etdirməyə başladı.

Miq.az-ın redaksiyasına Masallı Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yeni məlumat daxil olub.

Məlumata görə, bir neçə gün öncə Səhiyyə Nazirliyindən nümayəndə heyəti Masallı Rayon Mərkəzi Xəstəxanasında yoxlamalar aparıb. Yoxlamalar nəticəsində dövlət tərəfindən xəstəxanaya ayrılan dərmanların satılması, xəstələrin müalicəsində problemlərin yaşanması kimi neqativ faktlar ortaya çıxıb.

Masallı səhiyyəsində ÖZBAŞINALIQ

Baş həkim Cəlil Nəzərovun tapşırığına əsasən xəstəxana heyətindən və rayondakı digər xəstəxanalardan pul yığılaraq, yoxlama aparılan nazirliyin nümayəndə heyəti "yola salınıb”.

Cəlil Nəzərovun nə qədər pul topladığı haqqında təxmini məlumatlar var, lakin faktla bağlı dəqiqləşdirmələr aparılır.

Faktı dəqiqləşdirmək və münasibət öyrənmək üçün Cəlil Nəzərova zəng etsək də, telefonumuza cavab vermədi.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

Geri qayıt