Əsas Səhifə > Sosial, Manşet > İcra başçısı son günlər nədən qəzəblidir...

İcra başçısı son günlər nədən qəzəblidir...


14-08-2018, 10:41
İcra başçısı son günlər nədən qəzəblidir...
DİA.AZ: - Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev son günlər sakinlərə qarşı daha aqressiv olub. DİA.AZ-a yazan narazı sakinlər bildirir ki, Səlim Müslümov işdən çıxarılandan sonra onun dayısı olan Ənvər Seyidəliyev rəsmən depressiyaya düşüb: "Əvəzində də sakinlər əziyyət çəkir. Rayonda baş verən özbaşınalıqdan kimə şikayət edəcəyimizi bilmirik".

Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Ənvər Seyidəliyev hər həftənin 5-ci günü sakinləri qəbul edirdi. Qəbulda müəyyən problemlər müzakitrə edilirdi, əksəriyyəti həllini tapırdı. Amma Səlim Müslümov nazir təyin olunandan sonra Ənvər Seyidəliyev problemi olanların heç birini qəbul etmir. Düzdür, yenə də həmin günlər qəbul günü olur, amma həqiqi problemi olanlar qəbul olunmur. Ənvər Seyidəliyev İcra Hakimiyyətinin mühafizə xidmətinə tapşırıb ki, ciddi problemləri olan şəxsləri qəbula yazmasın. Qəbula yalnız ona təşəkkür etməyə gələn şəxslər yazılır və onların da guya "problemi" həll edilir.

Məsələn, kimsə gəlib deyir ki, o qonşusu ilə yola getmir, küçəyə çıxanda palçıq olur və sair. Amma aylarla sosial müavinətlərini ala bilməyən, idarə və təşkilatların qapısında süründürülən şəxslər Ənvər Seyidəliyevin qəbuluna düşə bilmir. Həmin şəxslər İcra Hakimiyyətində qəbula yazılmağa gələndə mühafizəçi və ya icra başçısının müavinləri, köməkçiləri tərəfindən "başçı burda yoxdur", "bu gün qəbul olmayacaq", "gecikmisiniz" kimi bəhanələrlə geri qaytarılır. Haqqını tələb edən şikayətçilər isə polislər vasitəsilə ya binadan uzaqlaşdırılır, ya da hədələnir".

Sakinlər dia-az.life-a yazırlar ki, hazırda Ağsu rayonu büsbütün icra başçısına məxsusdur. Rayonda bütün iri ticarət obyektləri Ənvər Seyidəliyev tərəfindən zəbt edilib. Ənvər Seyidəliyev bu işdə müavinləri və köməkçilərinin adından yararlanır. Rayonda hazırda 50-dən artıq obyekt icra başçısının müavinlərinin adı ilə tikilərək özəlləşdirilib. İcra başçısının rayon ərazisində 100 hektarlarla həyətyanı torpaq sahəsi, onlarla balıqartırma gölü və 100-dən artıq iri ticarət cərgəsi var. Bütün bu ərazi və obyektlər icra başçısı tərəfindən özəlləşdirilib.

Daha sonra narazı vətəndaşlar müraciətlərinə belə yekun vururlar: "Bacoğlu getdi, dayısını da saxlamasınlar..."

dia-az.life olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt