Əsas Səhifə > Sosial, Manşet > Lənkəran Olimpiya Kompleksinə müəmmalı təyinat
Lənkəran Olimpiya Kompleksinə müəmmalı təyinat4-09-2018, 09:57 |
Bu yaxında ölkə başçısının Lənkərana geniş səfəri planlaşdırılır. Təbii ki, bölgənin göz tutan yerlərində geniş vüsətli hazırlıqlar da bundan xəbər verir; Prezidentin keçəcəyi yollarda barderlər rənglənir, açılış edəcəyi gözlənilən obyektlərdə və onlara yaxın ərazilərdə işlərin tamamlanması üçün 24 saatlıq iş rejiminə keçirilib. Ölkə rəhbərinin Lənkəran səfəri zamanı, rayon mərkəzində yeni inşa olunan Lənkəran Olimpiya Kompleksinin də açılışı nəzərdə tutulub. Yeri gəlmişkən, onu da qeyd edək ki, ikimininci illərin əvvəllərindən başladılan rayonlarda Olimpiya komplekslərinin inşası dalğasının ilk təməli də, elə, Lənkəranda qoyulub. Lakin çox gözəl şəkildə istifadə olunan və böyük axınla idman növlərindən yararlanan Lənkəran Olimpiya Kompleksi, bir neçə il öncə, özülündə yaranan ciddi problemlər səbəbindən qapadıldı, daha sonra uçurdularaq, yenisinin inşasına başlanıldı.Yeni kompleks isə, əvvəlkindən daha böyük, daha yaraşıqlı şəkildə inşa olunub. Artıq yeni kompleksin direktoru da məlumdur. İşin ən maraqlı tərəfi də, elə, kompleksə arzuolunmaz rəhbər təyinatı ilə bağlıdır. Belə ki, bölgənin avanqard yeri hesab olunan Lenkeran-olimpiya.jpgLənkəran Olimpiya Kompleksinə qonşu Cəlilabaddan direktor gətirilməsi, lənkəranlı idman mütəxəssislərini olduqca qəzəbləndirib: “Bu təyinat, həm də ona görə gündən-günə narazılıqların artmasına səbəb olur ki, Ramin Ursan oğlu Rəhimov Cəlilabaddan əvvəlki iş yerindən qovulub. Üstəlik, işində yol verdiyi ciddi nöqsanlara görə, haqqında araşdırılma aparılır. Onun əvvəlki iş yerlərində müsbət imic sahibi ola bilməməsinə səbəb digər geniş informasiyalar da, ölkənin cənub bölgəsində hər kəsin dilində dolaşır. Məsələnin ən ilginc tərəfi isə, bu təyinatın ikinci bir qaranlıq tərəfinin daha çox qabardılmasıdır. Belə ki, Lənkəranın indiki icra başçısı Taleh Qaraşov əvvəllər Cəlilabadda başçı işləyərkən, onun oğlu ciddi qəza törədib və hadisənin Ramin Rəhimov öz üzərinə götürüb. O, rayon rəhbərinin oğlunu məsuliyyətdən qurtarmaqla yanaşı, o vaxtlar haqqında xoş olmayan söz-söhbətlər gəzən Taleh Qaraşovun özünü də, ictimai qınaq sıxıntısından qurtara bilib. Bu gün onun Lənkəran Olimpiya Kompleksinə direktor təyinatı da, Taleh Qaraşovun vəfa borcundan çıxması kimi qiymətləndirilir. Yerli idman ictimaiyyəti məhz bu səbəblərdən, Lənkəran başçısının bu xoşagəlməz təyinatını qəbul etmək istəmir. Və rayonun adlı-sanlı idmançıları və bu sahənin digər peşəkar mütəxəssisləri Taleh Qaraşovun bu uğursuz təyinatı barədə, artıq ölkə başçısına şikayət xarakterli müraciətlər etməyə də hazırlaşırlar”, araz.az-a məlumatlarının dəqiqliyinə şübhə etmədiyimiz etibarlı mənbə xəbər verir. araz.az Geri qayıt |