Əsas Səhifə > Sosial, Manşet > İnam Kərimov da bu sistemi düzəldə bilmədi...

İnam Kərimov da bu sistemi düzəldə bilmədi...


21-09-2018, 09:51
İnam Kərimov da bu sistemi düzəldə bilmədi...
Salyandan elektron poçtumuza gələn məktubda fermerlər prezident İlham Əliyevdən və kənd təsərrüfatı naziri İnam kərimovdan köməklik göstərilməsini xahiş ediblər.

Buna səbəb rayon Baytarlıq Xidmətinin fəaliyyətsizliyi və heyvanlar arasında xəstəliklərin daha da geniş yayılmasıdır. Onların dediyinə görə, fermerlər Salyanda baytar həkimlər tapa bilmirlər.

“Baytarlıq xidməti rəisi Ramil Əmrahov nə ilə məşğuldur bilmirik. Keçən dəfə mətbuata etdiyimiz şikayəti istehza ilə qarşılayıb deyib ki, Azər Süleymanov kimi dayağım var, nə qədər istəyirlər şikayətlənsinlər. Halbuki Azər Süleymanov vəzifədən azad olunub.

Biz fermerlərin artıq Kənd Təsərrüfatı Nazirliyinə inamımız itib. Çünki əvvəlki nazir Heydər Əsədovun zamanından da vəziyyətimiz pis idi, təsərrüfatlarımız məhv olurdu, indi də…

Biz cənab İlham Əliyevdən xahiş edirik ki, Salyanda baytarlıq xidmətinin rəisi Ramil Əmrahovun niyə heyvanlarımıza vaxtlı vaxtında vaksinlərin vurulmasına göstəriş verməməsini araşdırsın. Əks halda Salyanda heyvandarlıq məhvə məhkumdur”.

Mövzu ilə bağlı Salyan Baytarlıq Xidməti ilə əlaqə yaratsaq da, sullarımızı cavabsız qoydular. Qarşı tərəfi də dinləyib mövqelərini dərc etməyə hazırıq.
AzEuroNews.com

Geri qayıt