Əsas Səhifə > Sosial, Manşet > Gədəbəydə kimlər narazılıq yaradır?
Gədəbəydə kimlər narazılıq yaradır?6-10-2018, 10:55 |
Gədəbəy rayon Məhkəməsi saxta qətmanə çıxararaq nəvəmə bağışladığım torpaq sahəsini əlimizdən alınmasına şərait yaradır. Hurriyyet.org-un məlumatına görə, bunu Hüseynova Lyubov Alekseyevna anews.az informasiya agentliyinə şikayətində bildirib. "Biz keçmişdə buraya gələn ruslardanıq. Uzun illərdi Gədəbəy rayon Novosaratovka kəndində yaşayırıq. Həmin kənddə mənə məxsus olan torpaq sahəsini və mülkümü nəvəmə bağışlamışam. Ümumiyyətlə burda yaşayışımız İbrahimov Vidadi Cahan oğlu qonşuluqda yaşayan gəlmə rusun mülkünü satın alan kimi yaxşı idi. Həmin şəxs mülkü alandan sonra zülmətli günlərimiz başladı. İki mərtəbəli villasını tikərkən arxa pəncərələr qoydurdu. Pəncərələrdən bizim həyət görünür və işıqları evimizin içinə düşdüyünə görə etiraz etsəkdə heç nə dəyişmədi. Bundan başqa bizim torpağımızı əlimizdən almağa çalışdı və buna nail olmaq üçün Gədəbəy rayon Məhkəməsində saxta qətnamə çıxartdı. Habluki həmin əraziyə dair İbrahimov Vidadi Cahan oğlunun heç bir sənədi yoxdu. Amma bizim aidiyyatı qurumlardan bütün sənədlərimiz var” – deyə H. Lyubov qeyd edir. Hüseynova Lyubov qeyd edir ki, Gədəbəy rayon Məhkəməsinin hakimi Marif Kazımov həmin bizə məxsus yerə saxta qətmanə çıxarıb. İkinci bir saxtalıq odur ki, İbrahimov Vidadi Cahan oğlu ilə bizim aramızda başqa bir iş üzrə Gəncə İnzibati-İqtisad Məhkəməsində proses getdiyinə baxmayaraq Marif Kazımov Gədəbəy rayon Məhkəməsində də bizim digər bir işlə bağlı prosesə başlamışdı. Prosesi dayandırması üçün Gəncə İnzibati-İqtisad Məhkəməsindən lazımi sənədi təqdim etsəkdə əhəmiyyət vermədi. Lyubov xanım bildirir ki, bizə gizlin deyilən məlumata görə Marif Kazımov bu saxtakarlığı etmək üçün Gədəbəy rayon Maliyyə idarəsinin rəisi Namiq Məmmədov vasitəsilə İbrahimov Vidadi Cahan oğlundan 3 500 manat alıb. Hətta Namiq Məmmədov qızıma zəng edərək deyir ki, gedin işinizlə məşğul olun. Vidadinin pulu sizi ağırlıqdadı. Pulla sizin qanınızı batırar. Namiq Məmmdəovun İbrahimov Vidadi ilə yaxın qohumluq və dostluq əlaqələri olduğu üçün işə belə canfəşanlıqla yanaşır. Anews.az xəbər verir ki, bundan öncə Gədəbəy rayon Maliyyə idarəsinin rəisi Namiq Məmmədovun adı Gədəbəy rayonun keçmiş icra başçısı Ramiz Yediyarovla külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurmaqda hallanırdı. Məsələ ilə bağlı Gədəbəy rayon Məhkəməsi ilə əlaqə saxladıq. Özünü Gədəbəy rayon məhkəməsinin köməkçisi kimi təqdim edən Xəyal müəllim deyilənlər haqqında yalnız onu qeyd etdi ki, o iş Gəncə Apellyasiya Məhkəməsindədi. Geri qayıt |