Əsas Səhifə > Sosial, Manşet > Konstitusiya məhkəməsi qanunsuzluğu necə ört-basdır edir...
Konstitusiya məhkəməsi qanunsuzluğu necə ört-basdır edir...10-10-2018, 09:38 |
Mətbuat səhifələrində ABŞ vətəndaşı olan azyaşlı Ceylanın anası Merim Beishekeyevadan (Beyşekeyevadan) oğurlanaraq viza rejimi, həmçinin sərhəd rejimi kobud surətlərdə pozulmaqla Azərbaycan Respublikası ərazisinə gətirilməsinə, iş üzrə uzun müddət qalmaqallı məhkəmə proseslərinin davam etməsinə dair yüzlərlə məqalə çap edilsə də, dövlət məmurlarının da adları keçən bu iş indiyə qədər öz hüquqi həllini tapmamış, bu azmış kimi Konustitusiya Məhkəməsi tərəfindən də hüquqa zidd məhkəmə aktının çıxarılmasına səbəb olmuşdur. Bir daha oxucuların diqqətinə çatdırılır ki, 2017 ilin mart ayının əvvəllərindən başlayaraq müxtəlif qəzetlərdə və çoxsaylı saytlarda, sonuncu dəfə isə “Hicran Hüseynovanın adı keçən Ceyla işində Mehriban Əliyevaya şok məktub” sərlövhəli məqalədə Qırğızıstan Respublikasının vətəndaşı Merim Beyşekeyevanın hüquqlarının kobud surətdə pozulması ilə bağlı onun hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadənin məlumatları işıq üzü görüb. Ceylanın anası, Qırğızıstan vətəndaşı Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadə növbəti dəfə “Hürriyyət”in redaksiyasına göndərdiyi məktubda Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təkrarən müraciət edib. Müraciətdə bir daha Konstitusiya Məhkəməsindən, onun sədri Fəryad Abdullayevdən, onun arvadı Səbail rayon Qeydiyyat Şöbəsinin rəisi İradə İsgəndərovadan, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadan, həmin komitənin Uşaq Problemləri Şöbəsi müdiri Cəmilə Bağırovadan, onun qardaşı Davud Bağırovdan, Davud Bağırovun vəkili olmuş Qulyev Azardan, Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Xalidə Bayramovadan, Səbail rayon İcra Şöbəsinin rəisi Anar Qocayevdən, icra məmuru Ayaz Nuğaylıdan və digər dövlət məmurlarından Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə təkrarən şikayət edilib. Konstitusiya Məhkəməsinin saxtakarlığı Müraciətdə deyilir: “Hörmətli Mehriban xanım! Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, söhbət azyaşlı – Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan Ceylanın anası, Qırğızıstan Respublikasının vətəndaşı, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Rezidenti Merim Beyşekeyevanın hüquqlarının Konstitusiya Məhkəməsi tərəfindən kobud surətdə pozulmasından və bu qanunsuzluğun baş verməsindən gedir. Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017-ci il tarixli Qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017-ci il tarixli Qərardadını elan etməsinə, 1 noyabr 2017-ci il tarixdə İcra Vərəqəsinin verilməsinə, həmin İcra Vərəqəsinin 20 noyabr 2017-ci il tarixdən Bakı şəhər Səbail Rayon İcra və Probasiya Şöbənin icraatında olmasına baxmayaraq, Bağırov Davudun tərəfindən konustitusiya məhkəməyə verilmiş şikayətini Konstitusiya Məhkəməsi 24 may 2018-ci il tarixində icraata götürmüş olduğu vaxta qədər Davud Bağırovun, onun bacısı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Uşaq Problemləri Şöbəsinin müdiri Cəmilə Bağırovanın, komitənin sədri Hıcran Hüseynovanın, onların himayədarları tərəfindən qəsdən maneçilik törədilməklə icra olunmamışdır. Həmin İcra Vərəqəsində Davud Bağırov tərəfindən 2 noyabr 2012 il tarixdə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki xəstəxanada anadan olan Amerika Birləşmiş Ştatlarının vətəndaşına dair əvvəlcə 16 noyabr 2012 il tarixdə doğum haqqında şəhadətnamə, 13 dekabr 2012 il tarixdə P USA seriyalı 488048595 nömrəli pasportunun sahibi azyaşlı Ceylanın anası hüquqlarını müdafiə etdiyim Merim Beishekeyevaya qaytarılması, aliment və s ödənişlərin tutulmasına dair Qərar verilmişdir. Davud Bağırovun nümayəndə və vəkili olmuş Azər Quliyev və Davudun bacısı Ailə, Qadın və Uşaq Problemlər Komitəsinin şöbə müdiri olmuş Cəmilə Bağırova 2017-ci ilin dekabr ayının əvvəllərindən Bağırov Davudun tərəfindən Konstitusiya Məhkəməsinə verilmiş şikayətini Konstitusiya Məhkəməsi 24 may 2018-ci il tarixində icraata götürmüş olduğu vaxta qədər Səbail Rayon İcra və Probasiya şöbəsinin rəhbərliyini və əməkdaşlarını ələ alaraq inandırmışdılar ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017-ci il tarixli Qərardadına qarşı Konstitusiya Məhkəməsinə Davud Bağırov tərəfindən şikayətini vermiş olduğuna görə Konstitusiya Məhkəməsi tərəfindən icraata götürülmüş olmalıydı. Onların dediyinə görə, konustitusiya məhkəmənin rəhbərliyi və digər tanışları onlara vəd vermişdilər ki, nəyin bahasına olursa-olsun Davud Bağırov tərəfindən verilmiş konustitusiya şikayətini icraata götürüləcəkdi. Bu səbəblərə görə də icra məmurları uzun müddət icra vərəqəsində göstərilənlərin icra edilməsindən əsassız olaraq yayınmışdılar. Hətta 2018 ilin fevral ayında icra məmurları onlardan konustitusiya məhkəmənin şikayəti icraata götürülmüş olması barədə qərardadı tələb etdikdə onlar bildirmişdilər ki, yaxın vaxtlarda veriləcəkdir. Abdulla Əfəndizadə qeyd edir ki, Səbail rayon İcra və probasiya şöbəsinin rəisi olmuş Qocayev Anar (məşhur polkovnik Nizami Qocayevin qardaşı oğlu) Abdulla Əfəndizadənin mərhum xalası oğlu ilə dostluq münasibətində olduqlarından, Ayaz Nuğaylının babası isə Abdulla Əfəndizadənin mərhum atası ilə vaxtilə bir yerdə işlədiklərindən, bu səbəblərə görə onun ağlına gəlməyib ki, Qocayev Anar və Ayaz Nuğaylı onu aldatmış olub, Bağrov Davdun nümayəndə və vəkili olmuş Qulyev Azarla, bacısı olmuş Bağırova Cəmiləylə, onların himayədarlarıyla gizli əlaqəyə girib, icranı qəsdən uzatmış olardılar. Ceylanın sığınacağa təhvil verilməsinə dair ərizə… Çünki hər dəfə Abdulla Əfəndizadə icra şöbəsinə gedib, Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən Əsəd Mirzəliyev) 10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli İcra Vərəqəsinin təmin edilməsini tələb etdikdə, tələbkar Merim Beyşekeyeva Azərbaycana gəlməsi üçün bilet aldığını bildirdikdə onlar hələ gəlməməsini, Bağrov Davuda bir neçə xəbərdarlıq göndərdikdən sonra özləri gedib, azyaşlı Ceylanı onlardan alıb, şöbəyə gətirəcəklərinə, həmin an Merim Beyşekeyeva məlumat verib, Azərbaycana gələn ana qədər azyaşlı Ceyla üçün psixoloq təyin etməklə saxlayacaqları vədlərini veriblər. Hətta icra şöbəsi Abdulla Əfəndizadəyə azyaşlı Ceylanın anasına qaytarılması üçün bağırov Davuddan geri alındığı halda tələbkar Merim Beishekeyevanın (Beyşekeyevanın) Azərbaycana gələn müddətə qədər azyaşlı Ceylanı psixoloq xidməti ilə təmin edəcəyinə, azyaşlı Ceylanın uşaqların saxlandığı sığınacağa müvəqqəti təhvil verilməsinə dair Ərizəsini də rəsmi şəkildə alıblar. Lakin 2018 ilin fevral ayından Abdulla Əfəndizadə Səbail rayon İcra Şöbəsinin rəhbərliyinə və icra məmuru Ayaz Nuğaylıya icranı gecikdirmiş olduqlarına görə narazılıqlarını bildirdikdə onlar 15 fevral 2018 il tarixdə A.Əfəndizadəyə tələbkar Merim Beyşekeyeva 05 mart 2018 il tarixdə Bakıda olmasını, 08 mart 2018 il tarixinə qədər azyaşlı Ceylanı borclu Bağrov Davuddan alıb, Merim Beyşekeyeva qaytarılacağı vədini veriblər, necə ki, onlarda olan məlumata görə Bağrov Davud 10 mart 2018-ci il tarixindən sonra Azərbaycandan gedəcəkdir. Tələbkar Merim Beyşekeyeva da 04 mart 2018 il tarixdə bazar günündə Azərbaycana gəlir. Tələbkar Merim Beyşekeyeva və Abdulla Əfəndizadə bazar ertəsi 05 mart 2018 il tarixdə nahardan sonra Səbail rayon İcra şöbəsində olurlar. Tələb edirlər ki, dərhal Bağırov Davudun mənzilinə gedib, azyaşlı Ceylanı ondan geri tələb etsinlər. İcra şöbəsində onların hansısa işlə əlaqədar problemləri olduğunu bildirib, 06 mart 2018 il tarixdə axşam gəlmələrini xahiş edirlər. 06 mart 2018 il tarixdə Tələbkar Merim Beyşekeyeva və Abdulla Əfəndizadə saat 14:00 dan sonra Səbail r-n İcra Şöbəsində olduqda saat 16:30 dan sonra icra şöbəsinin rəisi Anar Qocayev işə gəldikdə onunla və icra məmuru Ayaz Nuğaylıyla görüşürlər. İsrarla xahiş və tələb edirlər ki, nə qədər saat 18:00 olmayıb, təcili Bağırov Davdun mənzilinə gedib, azyaşlı Ceylanı Davuddan və yaxud anasından geri götürsünlər. Söhbət əsnasında Anar Qocayev diqqətə çatdırır ki, 07 mart 2018-ci il tarixində icra məmuru Ayaz Nuğaylının biri səhər saat 10:00 a, digəri isə saat 15:00 a əvvəlcədən təyin edilmiş iki icra tələblərinə dair vacib icra işləri var. Tələbkar Merim Beyşekeyeva və Abdulla Əfəndizadəni inandıraraq xahiş edir ki, bir az gözləsinlər, vəd verir ki, 09 mart 2018 il tarixdə azyaşlı Ceylanı Bağrov Davuddan və ya onun qohumlarından alıb, tələbkar Merim Beyşekeyevaya qaytaracaq. Həmçinin bildirir ki, qoy dördüncü dəfə də Bağrov Davuda xəbərdarlıq göndərsinlər, xəbərdarlıq veriləndən sonra girib, azyaşlı Ceylanı onlardan geri götürsünlər. Səbail r-n icra şöbəsinin rəisi olmuş Qocayev Anar tələbkar Merim Beyşekeyeva yenidən Ərizə yazmasını xahiş edir. Tələbkar Merim Beyşekeyeva yenidən öz dəst-xətti ilə rus dilində Ərizə yazır ki, qızı-azyaşlı Ceylanı Bağrov Davuddan alıb, ona qaytarılsın. 07 mart 2018-ci il tarixdən 09 mart 2018-ci il tarixinə saat 11:50 dək, yəni Səbail r-n icra şöbəsinin icra məmurları Bağrov Davdun mənzilinə gələnə qədər, tələbkar Merim Beyşekeyeva Bağırov Davdun yaşadığı mənzilin binasının hər iki çıxışına nəzarət edir. Azyaşlı Ceylanın nənəsi Əhmədova Ramidə ilə, qonşu, pensiyaçı Rzabəyova Tamara ilə, bibisi olmuş Bağırova Cəmilə ilə, Bağırova Cəmilənin oğlu Səidlə, qohumları Validə ilə küçəyə çıxdıqlarını, mağazaları gəzdiklərini görür. Hətta 08 mart 2018-ci il tarixində Bağırova Cəmilənin azyaşlı Ceylanı axşam saat 18:00 dan sonra öz avtomobilinə mindirib, harasa apardığını, gecə saat 22:00 dan sonra gətirib, mənzilə qoyduğunu görür. 09 mart 2018-ci il tarixdə tələbkar Merim Beyşekeyeva müşahidəsini və nəzarətini davam etdirir, Abdulla Əfəndizadə isə səhər saat 07:30 dan başlayaraq saat 08:30 a qədər Səbail r-n icra şöbəsinin icra məmuru Ayaz Nuğaylının mobil telefonuna davamlı olaraq 100-dən (yüzdən) artıq zənglər vurur, iki mesaj göndərir. Əvvəlcə Ayaz Nuğaylı telefonu açmasa da, sonradan telefonu söndürür. Saat 09:00 üçün Abdulla Əfəndizadə Səbail r-n icra şöbəsində olur. Ayaz Nuğaylı bildirir ki, guya telefonun batareyasının enerjisi sönüb. Abdulla Əfəndizadə həm Ayaz Nuğaylının, həm də şöbənin rəisi olmuş Anar Qocayevin hələ 07 mart 2018 il tarixdə verdikləri növbəti vədlərini xatırladır. Anar Qocayev bildirir ki, gərək nazirliyin (red. Ədliyyə Nazirliyi) icra baş idarəsinin rəisi Nurəddin Mustafayevə məruzə etməlidir. Abdulla Əfəndizadə iradını bildirir ki, icra baş idarəsinin rəisinin bu işlərə qarışmağa haqqı yoxdur, əksinə o İcra Vərəqəsinin tez icra edilməsinə nəzarət etməlidir. Nəhayət həmin gün – yəni 09 mart 2018-ci il tarixdə Bağrov Davuda 4-cü xəbərdarlıq hazırlanır, saat 11:15 də təqdim olunur, poçtalyon bildirir ki, içəridə özünü Bağrov Davdun bacısı, adını Bağrova Cəmilə kimi təqdim edən 40 yaşlarında olan qadın və bir cavan oğlan açıb, onu dəhlizdən kənara buraxmayıblar, Bağırova Cəmilə məktubları alması barədə qəbzlərə də imza atıb, Bağırov Davdun evdə olmadığını bildirib. Poçtalyon bildirdi ki, digər otaqlarda kimlər isə var idilər. Saat 11:45 də icra məmurları: Ayaz Nuğaylı, Səbuhi Əhmədov Bağırov Davudun yaşadığı binanın blokuna daxil olurlar. Lakin nə tələbkar Merim Beyşekeyevanın, nə də onun nümayəndəsi Abdulla Əfəndizadənin mənzilə gəlmələrini “məsləhət görmürlər”. Bir neçə vaxtdan sonra saat 12:40 da respublikanın ailə, qadın və uşaq problemlər dövlət komitənin ailə problemlər şöbəsinin müdiri olmuş Gülnarə Məmmədovanın da binaya daxil olduğunun Merim Beyşekeyeva ilə Abdulla Əfəndizadə şahidi olurlar. Hicran Hüseynova işçisindən xəbərsiz olub? Həmin gün saat 13:30 dan sonra icra məmurları Bağırov Davudun mənzilini tərk edib Merim Beyşekeyeva və Abdulla Əfəndizadə ilə görüşüb bildirirlər ki, guya azyaşlı Ceyla mənzildə olmayıb. 09 mart 2018 il tarixində tərtib edilmiş, Bağırova Cəmilənin də imzaladığı aktdan görünür ki, Bağırova Cəmilənin sözlərindən azyaşlı Ceylanın nənəsi ilə guya Qəbələyə getmiş olduqları bəlli olub, Bağrov Davud isə Türkiyənin İstanbul şəhərində olub. Buradan maraqlı hal meydana çıxır. İş vaxtı ailə, qadın və uşaq problemlər dövlət komitənin uşaq problemlər şöbəsinin müdiri olmuş Bağırova Cəmilənin öz yerində saat 10:45 dən saat 13:30 adək (əgər bura komitədən gələn yolu azı 20 (iyirmi) dəqiqə kimi, fasilənin də saat 13:00 dan başlanmış olmasını hesablasaq ən azı 2 (iki) saat 35 (otuz beş) dəqiqədən artıq edir) olmamasına, həmçinin həmin komitənin ailə problemlər şöbəsinin müdiri olmuş Gülnarə Məmmədovanın da öz iş yerində 40 (qırx) dəqiqədən artıq müddətdə olmamasına həmin komitənin rəhbəri olmuş Hicran Hüseynova “diqqət yetirməmiş, göz yummuşdu”. Buradan görünür ki, komitənin rəhbərliyi həqiqətən də əsassız olaraq Bağırov Davudun xeyrinə bu işlərə müdaxilə edib, Merim Beyşekeyevanın analıq və qadın hüquqlarını kobud surətdə pozmuşdular. Digər tərəfdən, Ədliyyə Nazirliyinin icra baş idarəsinin, Səbail r-n icra şöbəsinin rəhbərlərinin və icra məmurlarının da Bağrov davdun bacısı olmuş Bağırova Cəmiləylə və onların himayədarları ilə əlbir olduqları da özünü əyani surətdə biruzə verir. Necə ki, uzun müddət İcra Vərəqəsini icra etməmələri, 09 mart 2018-ci il tarixində qəsdən icraya vəd verdikləri kimi saat 09:30 üçün yox, gec - saat 11:45 üçün başlamaları, tələbkar Merim Beyşekeyevaya və Abdulla Əfəndizadəyə mənzilə daxil olmalarına “məsləhət görməmələri”, tərtib etdikləri aktda guya Abdulla Əfəndizadənin iştirak etməsi barədə qeydlər aparmaları çox mətləblərdən xəbər verirdi. Aktı oxuyan Abdulla Əfəndizadə icra vaxtı iştirak etmədiyindən həmin akta imza etməkdən imtina etmişdir. İcra məmurları məcbur olub aktda əlavə qeydiyyat aparmışdırlar ki, Abdulla Əfəndizadə iştirak etmədiyindən akta imza qoymayıb. “Anar Qocayev məlumat verir ki, onu İcra Vərəqəsini icra etməməyi tapşırıblar” İcra işinin baş tutmamasından sonra tələbkar Merim Beyşekeyeva və onun nümayəndəsi, hüquqşünas Abdulla Əfəndizadə Səbail r-n icra şöbəsinin rəisi Anar Qocayevlə və icra məmuru Ayaz Nuğaylıyla mübahisə ediblər. Merim Beyşekeyeva bildirib ki, o etiraz əlaməti olaraq aksiya keçirib, bütün xarici diplomatik korpusların nümayəndələrinə məlumat verəcək. Bu halda Anar Qocayev Abdulla Əfəndizadəyə məlumat verir ki, onu icra baş idarəsindən İcra Vərəqəsini icra etməməyi tapşırıblar. Həmçinin əlavə olaraq bildirib ki, Konustitusiya Məhkəməsindən Bağırov Davudun adamlarına bildirilib ki, Səbail rayon məhkəməsində hakim olmuş Nurəddin Bağırovun tərəfindən 2016-cı ilin aprel ayında gizlin şəkildə çıxarmış olduğu qətnamənin Bakı Apellyasiya məhkəməsinin tərəfindən ləğv edilən Qərardadına qarşı Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilmiş kassasiya şikayətini təmin etdirə bilsəydilər, belə halda Konustitusiya Məhkəməsi tərəfindən Bağrov Davdun şikayəti icraata götürülə bilərdi. Sonradan verilən Sorğuya Dövlət Sərhəd Xidməti tərəfindən 19 may 2018-ci il tarixdə verilən cavabdan məlum olur ki, Bağırov Davud Azərbaycan ərazisini 03 mart 2018-ci il tarixində tərk edib. Deməli, Səbail r-n icra şöbəsi Abdulla Əfəndizadəyə məsləhət görəndə ki, tələbkar Merim Beyşekeyeva 05 mart 2018 il tarixdə Azərbaycana gəlsin, həmçinin biləndə ki, Merim Beyşekeyeva 04 mart 2018 il tarixdə Azərbaycan Respublikasının ərazisində olacaq, görünür Bağırova Cəmilə və ya digər şəxslərin vasitəsilə Bağrov Davuda təcili Azərbaycan ərazisini tərk etməsini “məsləhət görmüşlər” . Məlumat üçün bir daha bildirilir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədovun sədrliyi ilə Davud Bağırovun Merim Beyşekeyevaya qarşı “nikahın pozulmasına, uşağın atanın yanında qalmış olması” iddasına görə Səbail rayon məhkəməsi hakimi Nurəddin Bağırovun bir günün içində – yəni 28 aprel 2016 il tarixində qəyyumluq və himayəçilik komissiyasını cəlb etmədən çıxarmış olduğu qətnamənin Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Raqib Qurbanov, hakimlər: Etibar Nəbiyev və Azad İmanov tərkibdə) iş №2(103)-9285/2017 saylı 21 noyabr 2017 il tarixli Qərardadına əsasən ləğv edildiyindən həmin Qərardaddan vermiş olduğu kassasiya şikayətinə görə, 5 aprel 2018-ci il tarixdə baxılıb rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Qərardadını qüvvədə saxlamışdır. Abdulla Əfəndizadə 27 aprel 2018-ci il tarixdə Konstitusiya Məhkəməsinə ərizə yazaraqŞ ona qoşmada Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədovun sədrliyi ilə iş №2(102)-2350/2018 saylı 5 aprel 2018 il tarixli Qərarını təqdim etmişdir. Necə ki, yuxarıda qeyd edildiyi kimi, qarşı tərəf məhz həmin Qərarın çıxmasını gözləmiş olduğunu icra məmurlarına bildirmişdilər. Həmçinin o da diqqətə çatdırılır ki, azyaşlı Ceyla Amerika Birləşmiş Ştatlarının vətəndaşına dair doğum haqqında şəhadətnamə və pasport sahibi olduğuna baxmayaraq, Davud Bağırovun və onun bacısı Bağırova Cəmilənin saxtakarlıqları nəticəsində, Azərbaycanda Səbail rayon qeydiyyat şöbəsində şöbə rəisi İradə İsgəndərova vasitəsiylə saxta doğum şəhadətnaməsi almış olduqlarından sonradan bu haldan xəbər tutan Merim Beishekeyeva tərəfindən cavabdeh Səbail rayon qeydiyyat şöbəsinə və 3-cü şəxslər Bağrovlar: Davuda və Cəmiləyə qarşı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə “azyaşlıya verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılmasına və ləğv edilməsinə” dair 2017-ci ilin mart ayında iddia verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi tərəfindən iddia əsassız olaraq təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsində 29 avqust 2017 il tarixli məhkəmə iclasında iştirak edən Davud Bağırovun özü etiraf etmişdir ki, o özü 2012 ilin dekabr ayında Azərbaycan ərazisinə gəlməmişdir, həmçinin cavabdeh Səbail rayon qeydiyyat şöbəsinə də heç bir ərizə və sənədlər göndərməmişdir. Bağırov Davud bildirmişdir ki, sadəcə Merim Beyşekeyeva tərəfindən Nyu-Yorkdan onun e-mail poçtuna azyaşlı Ceylaya Nyu-Yorkda verilən doğum haqqında şəhadətnamənin kserosurətini göndərdiyindən, Davud Bağırovun həmin sənədin fotosurətini mobil telefonuna çəkib bacısı Bağırova Cəmilənin mobil telefonuna göndərmişdi. Bacısı Cəmilə Bağırova da qeydiyyat şöbəsinə həmin fotosurəti təqdim etmişdir (iş materialları 2-ci Cild 40-cı vərəqdə). Yəni Səbael rayon qeydiyyat şöbəsinin rəisi İradə İsgəndərova (Konstitusiya Məhkəməsinin sədri olmuş Fəryad Abdullayevin arvadı) saxtakarlıq etmişdir. Necə olur, Davud Bağırovun özü həmin ərəfədə Azərbaycanda olmayıb, Azərbaycana heç bir sənəd göndərmir, sadəcə, bacısı Cəmiləyə göndərmiş olduğu fotosurətə baxmış Səbail rayon qeydiyyat şöbəsi doğum haqqında şəhadətnaməni hazırlayıb. Bakı Apellyasiya Məhkəməsi (sədrlik etmiş Səriyə Seyidova) tərəfindən 03 noyabr 2017-ci il qərarı ilə əsassız olaraq apellyasiya şikayətimiz təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2017-ci il qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilən kassasiya şikayəti 14 fevral 2018-ci il tarixdə tam təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi hakim Həmid Həmidovun sədrliyilə 17 may 2018 il tarixində keçmiş ilk məhkəmə iclasında üçüncü şəxslərdən Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azər tərəfindən əvvəlcədən məhkəmə tərkibilə razılaşdırılmış qaydada müxtəlif bəhanələr ilə əsassız olaraq məhkəmə iclasını təxirə saldırmışdır. İlk olaraq Azər Quliyev A.H.Əfəndizadənin prosesdən kənarlaşdırılması barədə vəsatətini təqdim etmişdi. Onunla əsaslandırmışdı ki, A.H.Əfəndizadə hüquqşünas olsa da, kollegiyanın üzvü deyildi. Abdulla Əfəndizadə isə onunla məhkəmə tərkibinin diqqətinə çatdırmışdır ki, prezident fərmanına görə nümayəndəlik institutu ləğv olunsa da, həmin fərmanda bir bəndlə qeyd edilmişdir ki, həmin fərman qüvvəyə minənə qədər həmin şəxslərin icraatında olan işlər yekun nəticə tapana qədər aparıla bilər. Qeyd olunduğu kimi bu inzibati iş 2017 ilin mart ayından aparıldığından o, (yəni Abdulla Əfəndizadə) həmin işi apara bilər. Müşavirəyə gedib qayıdan məhkəmə kollegiyası Quliyev Azərin vəsatətini rədd etmişdir. Azər Qulyevin məhkəmənin qarşısında vermiş olduğu ikinci vəsatətisə bu inzibati iş üzrə icraatın dayandırılmış olması ilə bağlı idi. Necə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017-Cİ il tarixli Qərardadına qarşı Bağırov Davudun Konstitusiya Məhkəməsinə vermiş olduğu şikayətin yaxın günlərdə icraata götürmüş olması mümkünlüyü olduğundan proses üzrə icraat dayanmalı idi. (Ardı var) dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |