Əsas Səhifə > Sosial, Manşet > "Sən demə, bu məni aldadıb..."

"Sən demə, bu məni aldadıb..."


7-12-2018, 10:51
"Sən demə, bu məni aldadıb..."
"Uroloji Mərkəz" MMC-nin rəhbəri, professor Kamal Abdullayev klinikasını qəssabxanaya çevirib. K.Abdullayevdən və klinikasından bir qovluq şikayət var.

Hüquq-mühafizə orqanları obyektiv araşdırma aparsa, tibb mərkəzinin fəaliyyətinə xitam verilər, özü isə məsuliyyətə cəlb olunar. Lakin ona batan yoxdur.
Odur ki, Uroloji Mərkəz" MMC-nin qurbanlarından daha biri - Nüsrəddin Hacıyevdir.
Anaxeber.info-nun verdiyi məlumata görə, N.Hacıyev K.Abdullayev tərəfindən aldadıldığını, məsələnin ictimailəşməsinə imkan vermədiyini iddia edir.
"Mən ya gərək balalarımı atasız qoyub gedib onun təpəsinə güllə vuram, ya da Avropa Məhkəməsinə müraciət edəm. Çünki artıq hara üz tuturamsa, nəticə yoxdur",-deyə N.Hacıyev "Kanal 1"-ə video müsahibəsində giriş verir.
Onun sözlərinə görə, maye kanalı tutulub, sidik kisəsi qanla dolur, sidik kisəsində daş var: "Məni maya kanalı incidir. Gəncədə sidik kisəsində daşı lazerlə götürməyə qoymadım.
İstədim ki, açıq əməliyyat olsun. Gəncədə də açıq əməliyyat etmirlər. Ona görə Kamal Abdullayev klinikasına müraciət elədim.
Kamal Abdullayev mənə dedi ki, maye kanalını düzəldərəm, sidik kisəsində daşı da pay olaraq götürərəm. Dedim Allah canını sağ eləsin. Sən demə, bu məni aldadıb.
Kamal həkim açıq əməliyyat edib, daşı götürüb, kanala isə əl vurmayıb. Mən də əvvəldən danışmışdım, demişdilər 750 manat müqabilində əməliyyat, 1 həftə klinikada qalmaq, yemək-içmək, dava-dərman daxildir.
Ancaq şənbə günü saat 4-də əməliyyat oldum, bazar günü saat 2-də məni çıxardılar. Fikirləşdim ki, professordur, işini bilir, yəqin yaxşıyam ki, klinikadan çıxarıb. Demə, fırıldaq imiş".
N.Hacıyev anlayıb ki, K.Abdullayev onu aldadırmış: "Dövlətə ödəniş eləməsin deyə əməliyyatı şənbəyə salıb ki, gizli yola versin.
Evə gələndə halım pisləşdi, təzyiqim düşdü, verdiyi dərmanlardan zəhərləndim. Demə, İrandan gələn xarab dərmanlar imiş.
Evə təcili yardım çağırıldı, iynə vuruldu. Kamal həkimə zəng elədim, dedi o dərmanları saxla, səhər yanıma gəl.
Səhər başqa dərmanlar yazdı və 24 gün belə davam elədi. Gördüm ki, geriyə gedirəm. Axırda qayıtdı ki, bəs daşı götürmüşəm də, başqa heç nə eləməmişəm.
Dedim axı bunu Gəncədə edirdilər. Mən razı olmadım. Maye kanalı da şişib, ürəyimə ağrısı vurur.
Bu gördü ki, yalançıdır, dərhal polis çağırdı məni çölə atdı. Polis dinləyəndən sonra gördü ki, Kamal Abdullayev məni aldadıb, dedilər onu məhkəməyə ver.
Məhkəməyə verdim, amma başıma oyun açırlar. Ekspertiza dedi ki, Kamal Abdullayev həmkarımızdır, əleyhinə necə rəy verək?
Dedim ki, həmkardı deyə mənim başıma oyun açmalıdır? İki şüşə qanı onların qabağına qoymuşam ki, Kamalın elədiyinin nəticəsidir. Sidik kisəm laxta qanla dolub, sidiyə gedə bilmirəm".
N.Hacıyev əlacı kəsiləndən sonra, məhkəmə ilə ekspertiza arasında qalandan sonra ölkə başçısına məktub yazıb: "Prezidentə yazdım və məhkəməyə yönəldildi. Ali Məhkəmədən də xəbər çıxmadı.
Nəhayət, məsələni ictimailəşdirməyə qərar verdim. Space TV-də "Dərdini bizə danış" verilişinə üz tutdum, aparıcı Amil Xəlil bizim həyətdə çəkiliş apardı.
Çəkilişin anonsu da efirdə verildi, məni ayın 10-da telekanala bir də çağırdılar. Amil Xəlil dedi ki, bəs professor çəkilişdən xəbər tutub, rəhbərlik efirə getməyə qoymur.
Özü də anonsda "Baş kəşfiyyatçının başına gətirilən əhvalat" başlığı ilə verilmişdi. Nəhayət, Kamal deyən oldu, efirə getmədi.
Sonra Lider TV-yə üz tutdum, onlar da süjet vermədi. Belə çıxır ki, telekanallara nəsə verir, əməlini 10 milyon əhalidən gizlədir".
Hər yerdən əli üzülən şikayətçi prezidentə və ədliyyə nazirinə növbəti dəfə yazıb. Onun sözlərinə görə, nəticə olmasa, bu işin axırı Avropa Məhkəməsidir.
Bir sözlə, Bakıda vətəndaşların başına oyun açan klinikalardan daha biri telekanallarla əlbir olaraq pasientin başına gətirilən müsibəti ört-basdır edir, pul da, can da gedir...
Anaxeber.info yazır ki, bu, K.Abdullayev klinikasının ilk qurbanı deyil. Bir müddət əvvəl böyrək xəsətliyindən əziyyət çəkən Beyləqan sakini Məmmədov Afiq 2011-ci ildə əməliyyat keçirib.
Nəticə zəif olub və İrana gedib. Qonşu ölkədəki müalicə də xəstəliyi yüngülləşdirməyib. Üstəlik, hansı xəstəxanay gedibsə, müxtəlif diaqnozlar qoyulub.
Ona böyrəyində daş aşkarlandığı deyilir. Nəhayət, K.Abdullayevin klinikasına gedir, rentgen, tomoqrafiyadan keçir, nə baş verdiyini səhih təyin edə bilmirlər.
K.Abdullayev A.Məmmədovun böyrəyinə stend qoyur. Amma N.Hacıyev kimi A.Məmmədov da sağalmır, Kamal həkim xəstədən canını qurtarmaq üçün onu başqa həkimin yanına göndərir.
"Məni kabinetindən qovdu. Pulumu tələb elədim, nalayiq sözlər dedi, həkimlər tökülüb gəldi, məni çölə çıxardılar. Söz verdilər ki, hesablanıb pul veriləcək. Dedim ona ki, sən qəssabsan.
Məni polisə apardıb 50 manat cərimələtdi. Stend isə normadan artıq böyrəkdə qalanda böyrəkdə çirklər əmələ gəlir.
Mən Səhiyyə Nazirliyinə yazdım, nazirlikdən deyilib ki, klinika normal işləyir, günah sizdədir, məhkəməyə üz tuta bilərsiz".
Ağdaş sakini Şıxəliyev Vaqif Surət oğlu da Kamal Abdullayevin rəhbəri olduğu klinikada baş verənlərdən yazmışdı.
Sitat: "1998-ci il təvəllüdlü oğlum Şıxəliyev Ömər Vaqif oğlu uzun müddətdir ki, sidik yolları daxilində tük bitməsindən əziyyət çəkir. Bunun müalicəsi məqsədilə oğlum indiyə qədər 6 dəfə cərrahi əməliyyat olunub.
O cümlədən, hansı həkimin yanına gedirəm, dərhal övladımı yıxır cərrahiyyə stoluna ki, "Mütləq əməliyyat olmalıdır və mən 100% təminat verirəm ki, həll edəcəyəm”.
O cümlədən, 2004 və 2005-ci illərdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında bir-neçə dəfə əməliyyat olunub, sonuncu dəfə 25.06.2015 tarixdə eyni problemlə bağlı Bakıda Kamal Abdullayevə məxsus "Uroloji Mərkəz MMC” Klinikasında əməliyyat olunub.
K.Abdullayev 2000 dollara bu xəstəliyi tam müalicə edəcəyinə söz verdi və mən rayona qayıdıb, deyilən məbləğdə borc götürüb Bakıya qayıtdım və 23.06.2015 tarixdə dediyi ünvandakı klinikasına uşağı qəbul etdi, kassaya pulu ödədik və 25.06.2015 tarixdə əməliyyat etdi.
Aradan bir-neçə gün keçəndən və tikişlərin yeri sağaldıqdan sonra gördüm ki, onlar mənim övladımın xəstəliyi (daxildə tük bitməsi) ilə bağlı heç nə etməyiblər, sadəcə əməliyyat ediblər, övladımın problemi olduğu kimi yerində durur.
Bir para, övladımı təkrar əməliyyat edib, ona ağır kateqoriyadan olan bədən xəsarəti yetirdilər (boş yerə əməliyyat etmək – insanı bıçaqlamağa bərabər cinayətdir). Üstəlik də əsl xəstəlik yerində durduğundan indi daha da ağırlaşıb, fəsad verib.
Mən sonra oradakı başqa gəlib-gedən pasientlərlə və qonşuluqdakı obyekt sahibləri ilə söhbətimdə və internet araşdırmalarımda müəyyən etdim ki, bu klinikada uzun müddətdir ki, cinayət əməli kimi təsnif oluna biləcək əməllər törədilir.
Və bunu açmaq istəyən, şikayətçi olan hər kəsə müxtəlif formalarda təzyiq olunur, şərləndirilərək, həbs etdirilir, məsuliyyətə cəlb olunur.
O cümlədən 2015-ci ildə burada səhv diaqnozla əməliyyat olmuş Afiq Məmmədov".

Geri qayıt