Əsas Səhifə > Sosial, Manşet > "Kimlər ki pul verir..."
"Kimlər ki pul verir..."25-12-2018, 10:35 |
Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Xaləddin Qafarov rayon xəstəxanasını bazara çevirib. Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Xaləddin Qafarovdan İcxeberler.info-ya şikayət daxil olub. Belə ki, əlillik almaq üçün müraciət edən vətəndaşları süründürməklə onlara pul verməyə məcbur etdiyi iddia edilir. Şikayəti olduğu kimi dərc edirik: " Kimlər ki pul verir, xəstəlik sənədləri Tibbi Sosial Ekspertiza Komissiyasina göndərilir. Pul verməyənlər isə kənarda qalır. 2017-2018 ci illər ərzində xeyli insan əlillik dərəcəsi alıb ki, bunların çoxu saxta yolla Xaləddin Qafarova pul verib alanlardı. Məqsədi alverçilik olan bu adam əvvəllər Müsavat Partiyasının üzvi idi. Sonra keçmiş deputat Elton Məmmədovun himayəsinə keçib, xəstəxanaya müavin gəldikdən sonra rayon xəstəxanası korrupsiya yuvasına çevrilib. Bundan əlavə xəstəxanada şəkər xəstələrinin və onkoloji xəstələrin dərmanlarının verilməsində ciddi nöqsanlar var. Xaləddin həkimin etdiyi qanunsuzluqlar barədə ölkə rəhbərinə və baş prokurora mətbuat vasitəsi ilə Ucar sakinləri tərəfindən şikayət ediləcək". Şikayətçilər onu da bildirir ki, dövlət xəstəxanası olmasına baxmayaraq pulsuz müayinə qeyri mümkündür. Şikayətə aid sübut və dəlillər növbəti sayımızda dərc ediləcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |