Əsas Səhifə > Sosial, Manşet > "Ya başçı bunları bilmir, ya da ona yanlış məlumat veriblər..."
"Ya başçı bunları bilmir, ya da ona yanlış məlumat veriblər..."9-01-2019, 10:03 |
DİA.AZ: - Ağdam rayonu Mahrızlı kənd sakini, Ağdam rayon İcra Hakimiyyətinin sabiq işçisi Qədirov Ramiz Talış oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova 2015-ci ildən RTŞ-yə müdir təyin olunduqdan sonra rayon təhsili iflic vəziyyətə gətirilib. RTŞ-nin nəzdində fəaliyyət göstərən bağlanılması zəruri olan və “papka”məktəblər siyahısında olan 5 saylı, 93 saylı, 94, saylı, 95 saylı, 102 saylı, 34 saylı, 19 saylı məktəbləri qazanc mənbəyi kimi saxlayır. Sadalanan məktəblərin şagird kontingenti yox səviyyəsindədir. Göstərilən məktəblərin şagird sayı 10-45 arası dəyişir ki, bu hesabat sənədlərində belə göstərilir. Faktiki olaraq həmin məktəblərdə demək olar ki, şagird oturmur. Mətanət Misirxanova Təhsil Nazirliyindəki himayədarı Daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyev və həmin şöbənin məsləhətçisi Məhəmməd Aslanovun köməkliyi məktəb direktoru həvalə etdiyi 87 saylı məktəbin direktor əvəzi Əmirova Səbahət Vəzirxan qızını, 102 saylı məktəbin direktor əvəzi Əliyeva Mətanət Elman qızını, Paşabəyli kənd tam orta məktəbin direktor əvəzi Quliyeva Şövqiyyə İsfəndiyar qızını, Həsənxanlı kənd tam orta məktəbin direktor əvəzi Quliyeva Sevinc Kəriş qızını, 152 saylı məktəbin direktor əvəzi Mirzəyev Əkrəm Oruc oğlunu 15.10.2018-ci il tarixdə direktor təyin etdirə bilib. Məlumat üçün bildiririk ki, adları sadalanan qeyri-qanuni yolla direkto təyin olunan Səbahət Əmirova, Şövqiyyə Quliyeva,Sevinc Quliyeva 2017-ci ilin iyun ayında keçirilmiş direktorların işə qəbulu imtahanında iştirak etmiş keçid balını toplaya bilmədiklərinə görə direktor ola bilməmişlər. Qəribəsi budur ki, Bunlardan 152 saylı məktəbin direktor əvəzi Əkrəm Mirzəyev heç direktorların işə qəbul imtahanında belə iştirak etməmişdir. Adları göstərilən Səbahət Əmirova, Sevinc Quliyeva, Şövqiyyə Quliyeva, Mətanət Əliyeva 3 ildir ki, imtahanlarda iştirak edir, müsahibə mərhələsinə buraxılmır, direktor ola bilmədiyi halda direktor əvəzi olaraq işlədilir. M.Misirxanovanın cinayəti bununla bitmir. Belə ki, Yüzbaşılı kənd tam orta məktəbin direktoru Polad Zeynalov öz şagirdinə qarşı əxlaqsız etmiş, 2018-ci ilin əvvəlində Ağdam Polis Şöbəsi və DTX-i evində axtarış etmiş silah-sursat aşkarlandığı bə barəsində cinayət işi qaldırıldığı halda (hal-hazırda məhkəmələri davam edir) yenə də direktor olaraq vəzifəsində saxlanılır. Qeyd edək sadalanan bu faktlar Ağdama yeni təyin ounmuş İcra Başçısı Vaqif Həsənovdan gizlədilir və yaxud başçıya yanlış məlumat verərək diqqətini mövzudan yayındırmışlar". İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |