Əsas Səhifə > Sosial, Manşet > Bayram Səfərovun gedişi yenidən gündəmdə...
Bayram Səfərovun gedişi yenidən gündəmdə...23-05-2020, 11:32 |
DİA.AZ: - Bir müddət əvvəl ABŞ istehsalı olan "Lincoln MKS” model avtomobildə gəzməsi, son olaraq isə bahalı mülkləri ilə diqqətə gələn Şuşanın icra başçısı Bayram Səfərovun görəvindən alınacağı ilə bağlı xəbərlər hələ keçən ilin əvvəlindən yayılmışdı. İddia olunurdu ki, Bayram Səfərov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədrliyi ilə yanaşı Şuşa RİH başçısı mövqeyini də itirəcək. Amma görünəni o oldu ki, "yuxarılar" qeyd olunan məsələdə tələsmədilər. Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, yaxın günlərdə Bayram Səfərovla bağlı qərar rəsmən elan oluna bilər. Mənbənin dia-az.life-a söylədikləri: "Onun yerinə isə kimin təyin olunacağı hələlik dəqiq bilinmir. Bir neçə namizəd olsa da, yekun qərar verilməyib. Ola bilsin ki, elə başçının müavinlərindən biri rəhbərliyə gətirilsin. Hələlik müzakirə gedir". Geri qayıt |