Əsas Səhifə > Sosial, Manşet > Oruc Məmmədov zavodu müflis edəcək

Oruc Məmmədov zavodu müflis edəcək


14-02-2019, 10:47
Oruc Məmmədov zavodu müflis edəcək
“Zabrat Maşınqayırma Zavodu”na Oruc Məmmədovun direktor təyin olunmasından kollektiv narahatlıq hissi keçirir.
Faktinfo.az-a verilən məlumatda bu onunla izah olunur ki, yeni direktor zavodun fəaliyyətinə kompleks şəkildə yanaşmayacaq, işlək bir zavodu “Sabunçu Elm İstehsalat Birliyi”nin aqibətinə salacaq , bir müddətdən sonra “Zabrat Maşınqayırma Zavodu” da özəlləşməyə açıq elan ediləcək.Nəticədə də zavodun kollektivi işsiz qalacaq.

Kollektivin bu narahatlığı əbəs yerə deyil. Məsələ burasındadır ki, Oruc Məmmədov vaxtilə “Sabunçu Elm İstehsalat Birliyi”-nə direktor təyin olunandan sonra böyük bir kollektivi, ərazisi, avadanlıqları olan müəssisəni elə bir vəziyyətə saldı ki, gəlirlə işləyən zavodun sonradan digər təşkilatlara milyon manatlarla borcu yarandı. Nəticədə kollektiv öz hesabına məzuniyyətə göndərildi. Bununla da zavodun istehsal edildiyi neft avadanlıqlarına ehtiyacın olmadığı qənaəti yaradıldı ki, tədricən zavod müflis elan edildi. Məsələn, “Fortuna Maqik” və digər firmalara zavodun xətti ilə milyon manatlarla bağlanan müqavilələrəsasında neft avadanlıqları satıldı, amma göndərilən avadanlıqların pulları zavodun hesabına köçürülmədi. Halbuki, o zaman ümummilli lider Heydər Əliyev Nazirlər Kobinetinə göstəriş vermişdir ki, neft sənayesi üzrə ölkə ərazisində fəaliyyət göstərən zavodlarda istehsal olunan avadanlıqlar o halda başqa ölkələrə, biznes strukturlarına göndərilə bilər ki,satılan malın ən azı 50 faiz dəyəri əvvəlcədən ödənmiş olsun. Bu amilə də “Sabunçu Elm İstehsalat Birliyi”nin direktoru Oruc Məmmədov riayət etmədi. “Şapka”lı satılan avadanlıqların pulunun zavoda köçürülməməsi onu bir o qədər narahat etmirdi. Beləcə zavodunrentabelliyi, iqtisadi göstəriciləri aşağı düşdü. Belə hallara dair digər misallar da çəkmək olar.

Sonradan O.Məmmədov zavodu kiçik sexlərə bölərək fiziki və hüquqi şəxsələrə icarəyə verdi. Bir az sonra isə zavodun ərazisinin müəyyən hissəsini, eləcə də zavodda olan avadanlıqları külli miqdarda vəsait qarşılığında sataraq özünə sərvət topladı. Maşın və mezanizmlərin dəyəri qalıq qiymətinə qədər endirilib, tar-mar edildi.Bütün bunlardan sonra zavod özəlləşdirməyə çıxarıldı,işsizlik yarandı.

İndi həmin əməllərin “Zabrat Maşınqayırma Zavodun”a təqbiq ediləcəyi istisna olunmur. Bu səbəbdən də hesab edilir ki, gənc, tələbkar, işgüzar bir şəxsdənsə zavoda Oruc Məmmədovun təyin edilməsi təqdirəlayiq hal deyil.

Ölkə rəhrəhbərliyi yeni-yeni iş yerlərinin açılmasını, işgüzar mühitin genişləndirilməsini istədiyi, tələb etdiyi bir zamanda perspektivsiz birini gətirib işlək bir müəssisəyə - “Zabrat Maşınqayırma Zavodun”a təyin ediblər ki, bu da başa düşülən deyil.Yaşı 75-i ötən Oruc Məmmədov nə yenilik edər, əlaqələri necə genişləndirər, bu da inandırıcı görünmür.

Geri qayıt