Əsas Səhifə > Sosial, Manşet > Ağsunun başçısı ilə bağlı ilginc iddialar...

Ağsunun başçısı ilə bağlı ilginc iddialar...


16-02-2019, 12:59
Ağsunun başçısı ilə bağlı ilginc iddialar...
Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qanunsuz hərəkətləri barədə vətəndaşların çoxsaylı müraciət və şikayətlərinə əsasən ölkə mətbuatında dəfələrlə araşdırmalar aparılmış və ictimaiyyətə çatdırılmışdır. Ağsu rayon sakinlərindən əldə etdiyimiz məlumatlara görə Ənvər Seyidəliyev rayonu bazar qaydaları ilə idarə edir. O, idarə və müəssisələrin rəhbərlərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardan aylıq haqq alır. Ağsu şəhərinin və rayonun kəndlərinin abadlaşdırılması və yolların yenidən çəklməsi üçün dövlət tərəfindən ayrılan vəsaitin böyük qismini mənimsəyərək, həmin işlərin icra olunması üçün maliyyə vəsaitini ayrı-ayrı vəzifəli şəxslərdən və sahibkarlardan toplayır. Dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəmək məqsədilə tender müsabiqələri keçirib özünə yaxın olan şirkətlərin layihələrdə iştirakını təmin edir. Rayonda əkin üçün yararlı olan torpaq sahələrinin bir qismini zəbt etmişdir. Vətəndaşlara ayrılan həyətyani torpaq sahələrinə görə məcburi qaydada rüşvət alır. Bələdiyyələrin mülkiyyətinə daxil olan əkin üçün yararlı torpaq sahələrində külli miqdarda rüşvət alma hesabına özəl obyektlərin tikilib istifadəyə verilməsini təmin edir. Ağsu rayon ictimaiyyəti arasında Ənvər Seyidəliyevin nüfuzu sarsılmışdır.

Yaxın vaxtlarda aztəminatlı ailə başçılarından biri Ənvər Seyidəliyevin qəbulunda olub yardım istəmişdir. Ənvər Seyidəliyev həmin aztəminatlı ailə başçısına yardım göstərməyəcəyini bildirib. Əlil və şəhid ailələrinə də Ənvər Seyidəliyev sayğısız münasibət göstərir.

Ağsu rayonunda ehtiyacı olan ailələrə yardım göstərməkdən imtina edən Ənvər Seyidəliyev Bakı şəhərində məşuqəsi olan bir qadına yeni tikilmiş binada 3 otaqlə mənzil, bağ evi və qızıl-ziynət əşyaları alaraq hədiyyə etmişdir. Bu fakt barədə Ağsu rayon ictimaiyyəti və hakimiyyət yetkililəri məlumatlıdır.

Ənvər Seyidəliyevlə yanaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri vəzifəsində çalışan oğlu Dəyanət Seyidəliyev də paytaxtın müxtəlif ərazilərində bahalı obyektlər və villalar almaqla diqqəti çəkir. O, yaxın günlərdə Nəsimi rayon ərazisində metronun Memar Əsəmi stansiyasının yaxınlığında yerləşən obyekti 370.000 (üç yüz yetmiş min) manata almışdır. Əldə edilən bilgilərə görə Dəyanət Seyidəliyevin 30-dan çox fəaliyyət göstərən obyektləri var.

Etibarlı mənbədən 7GUN.az-a verilən məlumata görə sabiq MTN şefi Eldar Mahmudov Ənvər Seyidəliyevdən oğlu Dəyanət Seyidəliyevin qanunsuz əməllərinin ört-basdır edilməsi üçün külli miqdarda pul almışdır.

Geri qayıt