Əsas Səhifə > Sosial, Manşet > Bakı Sağlamlıq Mərkəzi canımıza qəsd edir...

Bakı Sağlamlıq Mərkəzi canımıza qəsd edir...


13-03-2019, 10:54
Bakı Sağlamlıq Mərkəzi canımıza qəsd edir...
Elşən Abbasovun kədəri böyükdür. Həyat yoldaşı Aytəkin Abilovanı “Bakı Sağlamlıq Mərkəzi” klinikasında necə itirib? “O, ürəyin mitral qapağının xordalarını bərpa etmək üçün əməliyyat olunmalı idi. Əməliyyat masasına özü uzandı, amma bundan əvvəl mənimlə vidalaşdı. Son sözlərini xatırlayıram: ölməkdən və uşaqların anasız qalacağından çox qorxurdu. Biz bunu ciddi qəbul etmədik, çünki həkimlər bizi bunun qorxulu bir əməliyyat olmadığına inandırmışdı. Lakin təəssüf ki, Aytəkini bir daha görmədik”.

Elşənin sözlərinə görə, tibb müəssisələrinin əksəriyyətində bu əməliyyatı çox baha edirdilər, “Bakı Sağlamlıq Mərkəzi” isə qiyməti 5500 manata endirib.
“Açıq-aydın görünürdü ki, bu klinikanın heyəti özünü həkim kimi yox, müştərini itirməməyə çalışan satıçı kimi aparır. Əslində biz əvvəlcə həkimlər Afaq Axundova, Murad Qubadov və Eyvaz Abbasovla əməliyyat barədə danışdıq. Afaq Axundova bizi əməliyyata razı salmağa çalışırdı, dayanmadan dayımqızına telefonda yazırdı, əl çəkmirdi. Hər dəfə də bir qiymət deyirdi. Eyvaz Abbasov isə xəstəni əməliyyata hazırlayırdı. Bütün əlamətlərinə görə də əməliyyata hazır olduğu deyilirdi. Sadəcə həkimlər onun ara-sıra bədən temperaturunun açağı düşməsinin səbəbini tapa bilmidirlər. Buna baxmayaraq, iki gündən sonra onu əməliyyata yatırdılar. Əməliyyat cərrah Murad Qubadov tərəfindən, Afaq Axundova və Seymur Musayevin iştirakı ilə keçirildi. Həkimlər əməliyyatdan sonra Aytəkinin vəziyyətinin yaxşı olduğunu bildirdilər.
Hamımız sevinirdik. Lakin səhər komaya düşdüyünü dedilər… Sonradan beyninin öldüyünü təyin etdilər… Bu, bir həkim səhvi idi, çünki əməliyyatl edən cərrahlar Murad İbadov və Afaq Axundova əvvəlcə qorxmuş və gərgin idilər, “biz düz yerdə büdrədik” deyərək Afaq Axundova ah-nalə edirdi. Bir neçə gündən sonra isə onlar heç bir səhv olmadığını iddia etməyə başladılar, dedilər qəzadır. Məni yandıran odur ki, Aytəkinin ürəyi güclü idi. Çünki artıq medikamentlər verməyi dayandırdıqdan sonra uzağı bir saatda urək dayanır (həkim Murad İbadovun dediyinə görə), amma nəticədə isə bu proses 11 saat sürdü”.
Abbasov iki övladı ilə baş-başa qalıb.

Bakı Sağlamlıq Mərkəzi canımıza qəsd edir...

“Klinikanın baş həkim bizə dərman və cərrahi alətlərə sərf olunan məbləğdən savayı bütün əməliyyat pulunun qaytarılacağını vəd edirdi. Biz də hüquq-mühafizə orqanlarına şikayət etmədik. İndi isə adiçəkilən baş həkim Elxan Hacıyev pulu qaytarmaqdan imtina edir. Fevralın 22-də Aytəkinin ölümündən 40 gün keçdi. Həkimlərin biganəliyi üzündən bu xəstəxanada başqa birinin ölməsini istəməzdim”.
Onun dayısıqızı Gülnarə Heydərova media-az.life-a bildirib ki, Elşən əməliyyat xərclərini ödəməkdən ötrü “Jiguli” avtomobilini satmalı və bir çox adamdan borc götürməli olmuşdu:
“Ailə çox imkansızdır, olduqca pis şəraitdə yaşayır. Bir tərəfdən də dəfn və yas xərcləri var. Biz müvafiq yoxlama üçün eksqumasiyaya da hazırıq. Əvvəlcə həkimlər də şokda idi, bir insanı öldürdüklərini, iki uşağı anasız qoyduqlarını lap yaxşı başa düşürdülər. Faktiki olaraq biz Aytəkinin ölümü üçün ödəniş etmişik…”
Gülnarə xanım Elşənin çilingər işlədiyini, ailənin həmişə ehtiyac içində yaşadığını deyir. Faciədən sonra isə üstəlik yas və digər xərcləri qarşılamağa pul lazımdır: “Biz hər kəsin bu klinikada baş verənləri bilməsini istəyirik. Burada heç kim öz səhvlərinə görə məsuliyyət daşımır”.(kayzen.az)

Geri qayıt