Əsas Səhifə > Sosial, Manşet > Bu şəkildə elmi inkişaf etdiririksə...

Bu şəkildə elmi inkişaf etdiririksə...


30-03-2019, 11:40
Bu şəkildə elmi inkişaf etdiririksə...
Azərbaycan Milli Elmlər Akademiyasının gənc qadın alimləri üçün elan olunan “Gənc qadınlar elmdə” müsabiqəsinin nəticələri açıqlanıb.

Science.gov.az saytının məlumatına görə,birinci yerə 2, ikinci yerə 3, üçüncü yerə isə 4 nəfər layiq görülüb. İkinci yeri tutanlar arasında Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli-Qəribova da vardır.
Xatırladaq ki, Şəbnəm Həsənli-Qəribova, dövlət vəsaiti hesabına nəşr olunduqdan sonra plagiat olduğu üzə çıxan “İzahlı dilçilik terminləri” lüğətinin həmmüəllifidir.
Yeri gəlmişkən, qaliblərə birinci yer üçün 3000 manat, ikinci yer üçün 2000 manat, üçüncü yer üçün isə 1500 manat məbləğində pul mükafatları nəzərdə tutulub.

Bu şəkildə elmi inkişaf etdiririksə...

Qeyd edək ki, son illər AMEA-da elmi etikaya zidd olaraq ədəbi oğruların mükafatlandırılması, bir növ ənənə halını alıb. Hətta oğurluq olduğu aşkarlanan “İzahlı dilçilik terminləri lüğəti”nə görə xeyli dövlət vəsaiti mənimsənilib. Hələlik bu barədə ciddi ölçü götürən qurum yoxdur. Ekspertlərin fikrincə, elmi etikanın ardıcıl şəkildə pozulması və bununla bağlı müvafiq qanuni tədbirlərin görülməməsi ölkəni çıxılmaz duruma sala bilər.

Professor Fəxrəddin Veysəlli və filologiya üzrə elmlər doktoru İdris Abbasov kimi nüfuzlu alimlər “İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olduğu faktını təsdiqləyiblər.
Hurriyyet.org

Geri qayıt