Əsas Səhifə > Sosial, Manşet > “3 ildir maaşım verilmir”
“3 ildir maaşım verilmir”4-04-2019, 09:39 |
Əmanətlərin Sığortalanması Fondundan şikayət var. Hüseynov Anar Nadir oğlu Cebhe.info-ya ünvanladığı müraciətində bildirib ki, 2016-cı ilin yanvar ayının əməkhaqqı olan 600 AZN ona hələ də ödənilmir: ““Bank of Azerbaijan”da İT mütəxəssisi vəzifəsində çalışarkən bank ləğvetmə prosesində idim və Əmanətlərin Sığortalanması Fondu tərəfindən yanvar ayının əməkhaqqı ödənilməliydi. Lakin işçilər əmanətçi kimi qeydə alındı və maaşların tezliklə ödəniləcəyi vədi verilməsinə baxmayaraq, artıq 3 il keçir ki, ödəniş edilmir. Mən yolpulu xərcləmişəm, getmişəm və işləmişəm. Həmçinin verilən tapşırıqlar yerinə yetirilib, amma maaş verilmir. 2018-ci ilin sonunda məlumat üçün Fonda zəng vurdum və deyildi ki, 2019-cu ilin əvvəlində maaş ödəniləcək. Ancaq yeni ildən də 3 ay keçib”. Cebhe.info əməkdaşının qarşı tərəfin mövqeyini öyrənmk üçün Fondla əlaqəsi mümkün olmayıb. Telefon zənglərinə cavab verilməyib. Geri qayıt |