Əsas Səhifə > Sosial, Manşet > "Adil Vəliyev deyir ki, sizi deportasiya etdirəcəm"

"Adil Vəliyev deyir ki, sizi deportasiya etdirəcəm"


5-04-2019, 12:35
"Adil Vəliyev deyir ki, sizi deportasiya etdirəcəm"
Üç gün əvvəl Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevin göstərişi ilə Zabrat qəsəbəsində yerləşən Murad Mirzəyev küçəsində polis və ağır texnika yeridilib. İcra hakimiyyətnin işçiləri və polisin müdaxiləsi ilə həmin küçədə inşa olunmuş ev sökülüb.
Özünü şəhid qardaşı kimi təqdim edən Məhəmməd Ağayev bildirib ki, həmin tikilinin qızı üçün inşa etdirib, hətta evin tikintisinə icazə üçün müəyyən məbləğdə pul da verib:

"Evin sökülməyi məni yandırır. 1500-2000 manata görə ev sökülüb. 2 sot toropaqda balama ev tikmişdim. Polis xalq əvəzinə məmurun asayişin qoruyur. Mənim qardaşım şəhid olub. 1992-ci il sentyabrın 10-da Ağdamın Sırxavənd istiqaməıtində gedən döyüşlərdə itkin düşüb. 27 il sonra məhkəmə qərarı ilə ona şəhid statusu verilib. Evin sökülməsi ilə uşaqlarımı küçədə qoyublar və bu mənə təsir edir. Amma şəhid ruhunu icra nümayəndəsi İlqar təhqir edir”.

Sökülən evin sahibi Əmir Hüseynov isə deyir ki, Zabrat icra nümayəndəsi İlqar Süleymanov ondan 120 kvadratmetr sahəsi olan evin tikilməsi üçün 6500 manat pul istəyib, həmin məbləğun 4500 manatını ödəyib:

"Dedim dam vurulsun 2000 manatı çatdıracam. 1 aydan möhlət verməsi üçün yalvardım. Dedi ki, icra başçısı bizi narahat edir, ev sökülməlidir. Evi aprelin 1-də polis gücü ilə söküblər. Ev sökülən gün məni Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə apardılar. İcra hakimiyyətinə getdim. Adil Vəliyev deyir ki sizi deportasiya etdirəcəm. Dedim mən erməniyəm? Ailəmin günahı nə idi ki, yoldaşımı yerlə sürüyürdülər”.

Sabunçu rayon İcra Hakimiyyəti başçsının Zabrat qəsəbə nümayəndəsi İlqar Süleymanov bildirdi ki, həmin evdə şəhir ailəsi olmayıb. Daha öncə Şamil Əliyev adında hansısa mühafizə xidmətində işləyən bir şəxs icra nümayəndəliyinə gəlib və qanuni şəkildə ev tikəcəyini deyib. Həmin şəxs səhra geyimində olub. Dövlət Əmlak Komitəsindən çıxarı olduğunu və təqdim edəcəyini söz verib. Bir müddət sonra əraziyə baxış zamanı məlum olub ki, tikinti aparılır.

"Dedilər Şamil müəllimindir. Şamil müəllimlə telefonla əlaqə saxladıq, bildirdi ki evin sənədləri var və gətirib təqdim edəcək. Xəbərdarlıq etdik ki, tikinti sənədlər təqdim edilənədək saxlanılsın. Buna məhəl qoymadı və tikintini başa çatdırdı. Qərar qəbul olundu ki, tikinti sökülməlidir. Ev sökülən günü isə Şamil Əliyev gəlmədi və 10 nəfər adam çıxıb bildirdi ki, tikinti bizimdir. Necə oldu ki, 1 saat yarım əvvəl tikinti Şamil Əliyevin idi, indi sizin? Dedilər ki, Şamili tanımırıq. Məlum oldu ki, həmin Şamil Əliyev bu adamlara havadarlıq edir. Qonşular da bildirdi ki, Əmir və Günay Hüseynovanın evi sökülən tikinli ilə üzbəüz olub. Satıblar, Şamilin havadarlığı ilə yeni tikinti aparıblar. Hazırda araşdırma aparılır. Söküntü aparılan zaman da heç bir münaqişə olmayıb. Özləri əvvəl söz vemişdilər ki, söküntü aparacaqlar. Həmin şəxslər həmin ərazidə şantajla məşğuldular, zəbt edib tikinti aparıb satmaqla məşğuldular. Sabunçu polisinə rəsmi müraciət olunub. Qeyri-qanuni torpaq zəbti var, tikinti işi aparılıb. Əmir Hüseynov bizim əməkdaşlarla davaya çıxıb. Onların dedikləri cəfəngiyatdır. Onlar üstümüzə bıçaq çıxarıblar. Ortaya video çıxartsınlar. Bizdə çəkilişlər var. Söküntü vaxtı mənim əlim cibimdən çıxamayıb. Günay Hüseynovaya deyirəm ki, gözünün altı niyə qaralıb, yoldaşın döyüb? Deyir ki, yıxılmışam. Onun çəkilişi işçilərdə var. O evin qapısı, döşəməsi, tavanı, işığı olmayıb. Onlar bu gün satdıqları evdə yaşayırlar. Bu işin havadarı Şamil Əliyevdir”.

İcra nümayəndəsi Ə.Hüseynovdan tikinti aparması üçün pul almasını təkzib etdi: "Mənə pul veriblərsə sübut etsinlər. Otağımda kamera var. Onlar məni tanımırlar. Belə bir hal mümkün deyil”./Azerbaycanrealligi.com/







Geri qayıt