Əsas Səhifə > Sosial, Manşet > Ədliyyə naziri Əli Hüseynli ilə niyə yola getmir?
Ədliyyə naziri Əli Hüseynli ilə niyə yola getmir?20-04-2019, 11:40 |
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə Ədliyyə Nazirliyi rəhbərliyi arasında gərginlik yaranıb. Bu barədə Gununsesi.org-a daxil olan məlumatda bildirilir ki, bu gərginliyin nəticəsi olaraq Əli Hüseynli məhz Məhkəmə-Hüquq Şurasının üzlüyündən xaric edilmişdi. Qeyd edək ki, onu bu qurumda Milli Məclisin birinci-vitse-spikeri Ziyafət Əsgərov əvəz edib. Məlumatda o da qeyd olunur ki, Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən Əli Hüseynli nazirliyin tədbirlərinə də dəvət almır. Məlumatda qeyd olunur ki, nazir Fikrət Məmmədovla münasibətləri olduqca gərginləşdiyindən Əli Hüseynli əvvəlki dövrdə olduğu kimi daha ayrı-ayrı məhkəmə orqanlarına xahiş və tapşırıqlar verə bilmir. O da bildirilir ki, komitə sədrinin rayonların brirində məhkəmə sədri olan bacanağı da yaxın zamanlarda “vurulacaq”. Məsələ ilə bağlı komitə sədrinin özünün mövqeyini öyrənməyə çalışsaq da telefon zənglərimiz cavabsız qaldı. Mövzuya qayıdacağıq. Geri qayıt |