Əsas Səhifə > Sosial, Manşet > "Belə növbələrdə əsəblər tarıma çəkilir..."

"Belə növbələrdə əsəblər tarıma çəkilir..."


10-06-2019, 11:00
"Belə növbələrdə əsəblər tarıma çəkilir..."
DİA.AZ: - Şəki şəhəri, ətraf rayon və kəndlərdə əhalinin qarşılaşdığı əsas problemlərdən biri də bonkamatların az olmasıdır.

DİA.AZ-a daxil olan şikayətdə bildirilir ki, bu hal xüsusiylə maaş və pensiyaların verilməsi zamanı daha qabarıq şəkildə biruzə verməkdədir.

Narzı şəkililərin sözlərinə görə, əhali bonkamatların qarşısında saatlarla növbə gözləməli olur:

"Belə növbələrdə əsəblər tarıma çəkilir, hətta bəzi hallarda halı pisləşənlər də olur. Sakinlər bankomatların sayının artırılmasını tələb etsələr də hələlik bu məsələ öz həllini tapmayıb".

Geri qayıt