Əsas Səhifə > Sosial, Manşet > Əhmədzadənin QARANLIQ CAHANI...

Əhmədzadənin QARANLIQ CAHANI...


18-07-2019, 10:20
Əhmədzadənin QARANLIQ CAHANI...
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin gizli əli aparat rəhbəri Cahan Məmmədov imiş

C.Məmmədov maliyyə maxinasiyaları üzrə baş ideoloq hesab edilir.

Bu məlumatı yayan milliyol.az yazır ki, qurumda korrupsiyanın idarə olunmasında əsas "kuratorlardan" biri olaraq tanınır.

Cahan Məmmədov qurumda əsasən Qərb rayonlarından olan idarə müdirlərinə himayədarlıq edir. Bu rayonlar isə Tovuz, Qazax, Ağstafa, Şəmkir, Göygöl, Samux və digər rayonlar olduğu bildiriilir.

O, ASC-nin Qərb regionu üzrə “xaç atası” olmaqla yanaşı, həmçinin geniş əlaqələrə sahib biri kimi tanınır.

Cahan Məmmədovun xaricdə biznesi olduğu vurğulanır. Tovuzun icra başçısı Məmməd Məmmədov Cahan Məmmədovun qardaşıdır.

Amma aparat rəhbəri Əhmədzadə ilə birgə dövlətin milyonlarını necə talamağın yollarını yaxşı bildiyi üçün adı mediada az hallanıb.

C.Məmmədov Tovuzda da böyük biznes imkanlarına malikdir. Qərb zonasının idarə rəisləri onunla hesablaşmalı olurlar.

Suvarma Sistemləri idarələrində, Mexaniki Suvarma idarələrində, hidroqovşaqlarda böyük pullar mənimsənilir. Bu işlərə nəzarət C.Məmmədovun ixtiyarındadır.

Bu qədər vəsaitlərin müqabilində meliorasiya sahəsində görülmüş işlərin heç də ürəkaçan olmadığından xəbər verir.

Çünki yerlərdə bu gün də əhalı suvarma suyunun olmadığından əziyyət çəkir, su çatışmamazlığı ucbatından bol məhsul əldə edə bilmədiklərindən insanların böyük əksəriyyəti narazılıq edir.

Bunlardan əlavə son dövrlərdə sözügedən quruma tabeli ayrı ayrı idarələrdə dövlət vəsaitlərinin mənimsənilməsi hallarına yol verilməsi barədə də məlumatlar yayılmaqdadır.

Bu isə Əhməd Əhmədzadənin tezliklə tutduğu vəzifə ilə vidalaşacığına işarədən başqa bir şey deyil.

Son dövrlər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə və oğlunun xarıci olkələrdə olan, dəyəri milyonlarla ölçülən var dövləti barədə yayılan məlumatlar da buna səbəb ola bilər.

Əhməd Əhmədzadə sözügedən cəmiyyətə 1993-cü ildən rəhbərlik edir və bu müddət ərzində kifayət qədər böyük bir kapital sahibinə çevrilib.

Qeyd edək ki, bu gün “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rayonlarda fəaliyyət göstərən idarə və müəsissə müdirləri milyonçuya çevriliblər.

Əlbəttə ki, milyonçuya çevrilən bu idarə müdirləri dövlət büdcəsindən oğurladıqları pullar hesabına kiçik oliqarxlara çevriliblər.

Dövlət büdcəsininin pullarını oğurlayan bütün idarə müdirlərinin “Meliorasiya və Su Təsərrüfatı” ASC-də ciddi havadarları mövcuddur.

Geri qayıt